top
Bacarığınızı gördük, futbolçuların potensialı da bəlli – bundan artıq nə edəcəksiniz? İdman.biz
20 noyabr 2024, 13:29
- ↺ +

Bacarığınızı gördük, futbolçuların potensialı da bəlli – bundan artıq nə edəcəksiniz?

İtaliyalı Canni Di Byazinin gedişindən sonra Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə yerli mütəxəssisin gətirilməsinin daha məqsədəuyğun olduğu həm media, həm də sosial şəbəkələrdə deyilsə, yazılsa da, AFFA tərəfindən qulaqardına vuruldu. Təbii ki, azərbaycanlı məşqçilərdən də möcüzə gözləmirik. Sadəcə məsələ ondadır ki, bu futbolçularla daha artığını etmək mümkün də deyil. Ona görə də israrla, bəlkə də futbol ictimaiyyətinin acığına böyük maaşlı və təqaüd yaşlı əcnəbi məşqçiləri gətirməyin nə mənası, nə məqsədi var axı?

İdman.biz xəbər verir ki, 2004-cü ildə braziliyalı Karlos Alberto Torresin gəlişindən indiyədək Azərbaycan millisini artıq altıncı əcnəbi məşqçi çalışdırır (vəzifəni müvəqqəti icra edənləri saymasaq). İyirmi il əvvəl FIFA reytinqində 116-cı idiksə, indi də 118-ci yerdəyik. Müsbətə doğru nə dəyişib ki? Ən yaxşı halda komandamız DÇ-2014-ün seçmə mərhələsində qrupda 4-cü yeri tutub, bunu da təbii ki, uğur saymaq olmaz.

Berti Foqts altı ildən çox, Canni De Biasi üç ildən çox, Robert Prosineçki üç ilə yaxın və sair və ilaxır. Həm alman, həm də italiyalı məşqçilərə dörd turnirdə şans verildi, amma "Qarabağ"la Avropada sözünü deyən Qurban Qurbanov milli komandanı UEFA Millətlər Liqasının pley-offuna çıxarmadığına görə heç bir il işləmədən vəzifəsindən getməli oldu.

Foqts da Almaniya ilə Avropa çempionu olmuşdu, Azərbaycanda nə etdi, nəyi dəyişdi ki?

Fernandu Santuş da qitə çempionu kimi qazandığı nüfuzu ölkəmizdə xərcləməklə məşğuldur. Özü də iştahası yaxşıdır, hələ 3-4 il qalmaq istəyir.

"Bundan nəticə çıxarmalı və öz üzərimizdə daha çox çalışmalıyıq", - deyir.

Cənab Fernandu Manuel Fernandeş da Koşta Santuş, hansı nəticəni çıxaracaqsınız? Bacarığınızı gördük, futbolçuların potensialı da bəlli – bundan artıq nə edəcəksiniz ki?
Reallıqdan uzaq danışmaqla, hər dəfə "inanıram ki, nəyisə dəyişmək olar" deməklə vaxtınızı uzatmaqdan başqa heç nə etmirsiniz.
Kriştiano Ronaldolu heyətlə Avropa birincisi ola bilərsiniz, amma bizim futbolçularla yeriniz "futbol cırtdanları"nın D liqasıdır.

Əgər bir məşqçi komandasının biabırçı oyunu və 0:6 hesablı məğlubiyyətindən sonra çantasını yığmaq, ən azı bu barədə düşünmək əvəzinə, "Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram", - söyləyirsə, ağla yalnız bir fikir gələ bilər: qazandığı pulu itirə biləcəyi nüfuzdan üstün tutur.

"Bu görüş həm mənim, həm də komandam üçün dərs olmalıdır", - deyir Santuş. Amma bu nəticələrdən dərs çıxarmalı olan AFFA-dır, təəssüf ki, o da futbol ictimaiyyətinin tənqidlərini ciddiyə almır.

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər