Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək "Novi Pazar" (Serbiya) - "Yagelloniya" (Polşa) görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma Novi Pazar şəhərində yerləşən "Qradski" stadionunda baş tutacaq.