top
“AzNur”un futbolçusu: “Əsas üstünlüyümüz heyətimizin gənc olmasıdır” İdman.biz
05 sentyabr 2024, 11:20
- ↺ +

“AzNur”un futbolçusu: “Əsas üstünlüyümüz heyətimizin gənc olmasıdır”

"Çempionlar Liqasına çox yaxşı hazırlaşmışıq. İstər taktiki, istərsə də standart vəziyyətlərin üzərində işləmişik. İnanıram ki, bunun bəhrəsini görəcəyik".

İdman.biz xəbər verir ki, bunu minifutbol üzrə Çempionlar Liqasında çıxış edən "AzNur"un futbolçusu Pərviz Qaraxanov deyib.

Təcrübəli futbolçu komandanın turnirdə şanslarını dəyərləndirib. O bildirib ki, Fransa klubu "Les Piopio"ya qarşı matçın nəticəsinin qarşıdakı digər oyunlara çox böyük təsiri olacaq: "Qrupdakı rəqiblərimizdən bircə "Andezit" (Ukrayna) bizə tanışdır. Digərləri haqqında az da olsa, məlumat toplamışıq. Əsas olan bizim öz oyunumuzu sərgiləməyi bacarmağımızdır. "Les Piopio"ya qarşı ilk oyunun rolu böyük olacaq. Qələbə qazana bilsək, bunun ardı gələcək. Hədəfimiz ilk növbədə qrupdan çıxmaqdır".

Qaraxanov komandanın durumundan da danışıb: "Komandada yüksək əhval-ruhiyyə var. Atmosfer idealdır. Çətinliklər olacaq. Asan qələbə olur. Bizim əsas üstünlüyümüz heyətimizin gənc olmasıdır. Bundan maksimum dərəcədə istifadə edəcəyik".

Qeyd edək ki, "AzNur"un "Les Piopio" matçı bu gün saat 17:00-da start götürəcək. Eyni vaxtda başlayacaq qrupun digər oyununda "Andezit" (Ukrayna) "Qalport"u (Polşa) sınağa çəkəcək.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Oxşar xəbərlər