top
Azərbaycanlı forvardların Premyer Liqadaki qol göstəriciləri niyə zəifdir? - ANKET Report.az
10 aprel 2025, 16:01
- ↺ +

Azərbaycanlı forvardların Premyer Liqadaki qol göstəriciləri niyə zəifdir? - ANKET

Azərbaycan futbolunda müşahidə edilən mənfi hallardan biri də yerli hücumçuların məhsuldarlığının aşağı olmasıdır. Hazırda davam edən Misli Premyer Liqasının bombardirlər siyahısında ilk 6 futbolçunun əcnəbi olması bir növ bunun sübutudur. XXIX turdan sonra ən məhsuldar futbolçuların siyahısına 11 qolla "Qarabağ"ın portuqaliyalı yarımmüdafiəçisi Lenadro Andrade başçılıq edir. 6 və daha çox qol vuran 13 futbolçu arasında cəmi bir azərbaycanlı oyunçu - Nəriman Axundzadə qərarlaşıb. Onun hesabında 8 qol var.

Görəsən, bu durumun səbəbi nədir? Yerli futbolçular məhsuldarlıq baxımından niyə legionerlərin kölgəsində qalıblar?

"Report" bu suallara cavab tapmaq üçün vaxtilə Azərbaycan çempionatlarının bombardiri olmuş veteran futbolçulara müraciət edib. Onların sorğumuza cavablarını diqqətinizə çatdırırıq.

Nazim Əliyev: "Açığı, bu məsələ məni də düşündürür. Azərbaycanda legioner limiti ləğv olundu. Transfer olunan əcnəbilərin də əksəriyyəti hücumçudur. Komandalar ilk növbədə hücum xəttini fikirləşirlər. Ancaq məsələn, "Qarabağ"da azərbaycanlı hücumçular var və heç olmasa, onlar fərqlənməlidirlər. Ölkədə son illərdə hücumçu yetişdirmək baxımından problemlər yaranıb. Hücumçu istənilən vəziyyətdən qol vurmağı bacarmalıdır. Bu keyfiyyətlər bizim futbolçularda görünmür. Baxırsan ki, qapının 2-3 metrliyində topu qəbul etdikdən sonra onu saxlamaq istəyirlər. Halbuki belə vəziyyətdə topu birbaşa qapıya vurmaq lazımdır. Çünki qarşında müdafiəçilər və qapıçı olur. Deməzdim kadr çatışmazlığı var. Mənim futbolu olarkən başla yaxşı oynamağımın səbəbkarı Anatoli Banişevski olub. Məşqlərdən sonra öz üzərimdə çalışırdım. O da öz məsləhətlərini verirdi. Oyun zamanı hansı mövqedə dayanmağımın, hara qaçmağımın lazım olduğunu başa salırdı. Oyunçu öz sənətini sevməlidir".

Rövşən Əhmədov: "Əsas səbəblərdən biri budur ki, legionerlər çoxdur. Klublar daha çox hücumçu transfer etməyə üstünlük verirlər. Gələn legionerləri də yaxşı və pis olmasına baxmayaraq, oynatmaq məcburiyyətindədirlər. Hər kəs nəticə qazanmağa çalışır və Premyer Liqadan düşmək istəmir. Ona görə də bu baxımdan ölkə futbolunda problemlər var. Hazırda komandalarımızın sayı artıb və potensiallı yerli hücumçuların olduğu görünür. Ümid edirəm ki, növbəti mövsümdən azərbaycanlı futbolçular bombardir olacaqlar".

Nadir Nəbiyev: "Son illərdə nəinki hücum, hansı mövqe üçün futbolçu yetişdirə bilirik? Gəlin nəzər salaq, görək hansı hücumçular ölkə çempionatında oynayır? Seçim də yoxdur. Xaricdə yığmaların baş məşqçiləri çox rahatlıqla futbolçu seçə bilir. Biz kimi göstərə bilirik? Bir neçə il əvvəl məşqçilər müdafiəçi seçərkən əziyyət çəkirdilər. Çünki müdafiədə rəqabət çox idi. Həmçinin hücum xətti ilə bağlı da eyni vəziyyət yaranmışdı. Ancaq indi hansısa futbolçunu "milliləşdirməyə" çalışırıq. Bütün mövqelərlə bağlı çətinliklərimiz var. Uşaq futboluna, akademiyalara diqqət yönəltmək, bununla yanaşı, məşqçilərə, futbolçuların yetişdirilməsinə nəzarət etmək lazımdır. Deməzdim problem sırf əcnəbilərin Azərbaycana gətirilməsi ilə əlaqədardır. Əvvəl bütün mövqelərdə oynayanlar qol vura bilirdi. İndi görün yerlilərdən kim fərqlənir? Bilmirəm, futbolçuların yetişdirlməsi üçün daha neçə il gözləyəcəyik? Kağız üzərində yazılanları tətbiq etmək lazımdır. Uşaq futbolunda o qədər problemlər var ki... Futbolçuları həm də xarakterli şəkildə yetişdirmək lazımdır. Yəni şərait yaratmaqla məsələ bitmir. Deyirik ki, meydan yoxdur. Guya olsa, nə dəyişəcək? Əvvəllər də meydanlar yox idi. Bəs niyə futbolçu yetişirdi? Deməli, nəzarət etmək lazımdır".

Kənan Kərimov: "Əvvəllər keyfiyyətli hücumçuların sayı çox idi. Son zamanlarda demək olar hücumçu yetişmir. Hücumda oynayan yerli futbolçular barmaqla sayılacaq qədərdir. Şəxsi fikrimdir, hər akademiyada və ya klubda hücumçu yetirşdirmək üçün keyfiyyətli mütəxəssis lazımdır ki, prosesə nəzarət etsin. Lakin heç bir klubda belə mütəxəssis yoxdur. Nəticədə keyfiyyət aşağı düşür. Hər klubda sırf hücumçu yetişdirilməsinə nəzarət edən məşqçi olmalıdır. Belədə məhsuldarlıq daha yüksək olar".

Vadim Vasilyev: "Yerli hücumçular qarşılarına məqsəd qoymur. Əvvəllər də Azərbaycanda legioner hücumçular çox idi. Amma yerli hücumçular bombardir ola bilirdi. Məsələn, mən qarşıma məqsəd qoyurdum ki, üz-üzə gəldiyim bütün qapıçılara qol vurmalıyam. Qapıçıları görəndə gözlərim "şişirdi" və düşünürdüm ki, qol vurmalıyam. Hücumçularımız özlərinin güclü tərəflərini axtarmırlar. Mən bilirdim ki, başla yaxşı oynayıram. Bu səbəbdən başla fərqlənmək üçün mövqe axtarırdım. Zərbə vurmaq texnikası da var. Uşaqlar ustalaşmaq üçün bu baxımdan öz üzərlərində işləməlidirlər".

Samir Musayev: "Düşünürəm ki, yerli hücumçular Azərbaycan çempionatında yetərincə şans qazanmırlar. Mən hər oyunda meydana çıxırdım deyə, qol vura bilirdim. Məşqçilər güvənirdi, biz də özümüzü göstərməyə çalışırdıq. İndiki gənclərin şans qazanmamalarının konkret səbəblərini deyə bilmirəm. Bəlkə də səbəb klublardan nəticə tələb olunmasıdır. İnandırım sizi, hər oyunda meydana çıxsalar, mövsümün sonunda yerli futbolçuları da bombardirlər siyahısında görə bilərik. Həm də son illərdə akademiyalarda yetişən futbolçularda özlərinə inamsızlıq yaranıb. Çox güman, bu da ölkədə legionerlərin sayının çox olması ilə əlaqədardır. Gənclər düşünürlər ki, onsuz da nə qədər yaxşı olsalar belə, yerlərini legionerlər tutacaq. Özləri ilə söhbətləşəndə də bunları hiss etmək mümkündür. Bu da 18-19 yaşından sonra onların həvəsdən düşməsinə səbəb olur. Digər məsələ də var. Əsas komandada olan yerli futbolçular bir oyun qol vurmayanda, məşqçilər əksər vaxtlarda ikinci dəfə ona şans vermir. Halbuki belə olmamalıdır. Klublar həm də yığma üçün futbolçu yetişdirirlər. Niyə başqalarının uğuruna sevinməliyik? Hazırda ölkədə demək olar yalnız "Qarabağ" yerlilərə şans verir. Tez-tez qol vurmasa belə, Nəriman Axundzadəyə mütəmadi olaraq güvənilir. Güvən olmasa, legionerlərə daha çox şans yaratsan, yerli futbolçu sənə heç nə verməyəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Oxşar xəbərlər