top
Azərbaycanın U-17 millisinin UEFA İnkişaf turnirindəki hədəfləri açıqlanıb Report.az
11 fevral 2025, 16:52
- ↺ +

Azərbaycanın U-17 millisinin UEFA İnkişaf turnirindəki hədəfləri açıqlanıb

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin UEFA İnkişaf turnirindəki hədəfləri açıqlanıb.

"Report" xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə açıqlama verən U-17-nin baş məşqçisi İlham Yadullayev B qrupunda Rusiya, İran və Qazaxıstan yığmaları ilə keçiriləcək matçlara yaxşı hazırlaşdıqlarını deyib.

O, rəqibləri təhlil etdiklərini söyləyib:

"İlk görüşümüz Rusiyaya qarşı olacaq. Rəqibin oynunu təhlil etmişik. Ümumiyyətlə, rəqiblərimiz yaxşı komandalardır və turnirin səviyyəsi yüksəkdir. Məqsədimiz komanda şəklində maksimum dərəcədə uğurlu çıxış etməkdir. Heyətə cəlb olunan yeni oyuçuları sınamaq istəyirik. Rusiya ilə matçın ertəsi günü İran kollektivi ilə üz-üzə gələcəyik. Qısa müddətdə ardıcıl görüşlərə çıxmaq çətinlik yarada bilər. Ancaq ümumilikdə belə qarşılaşmalar futbolçularımız üçün böyük təcrübədir".

İnkişaf turniri martda baş tutacaq Avropa çempionatının 2024/2025 mövsümünün II mərhələsinin oyunlarına hazırlıq xarakteri daşıyır. B Liqasında yer alan U-17 millimiz VI qrupda martın 19-da Albaniya, 22-də isə Uels yığması ilə qarşılaşacaq. İlham Yadullayev əsas diqqətlərinin məhz Albaniyada keçiriləcək həmin matçlara yönəldiyini vurğulayıb:

"İnkişaf turniri Avropa çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyır. Martdakı rəsmi oyunlarda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Mütəxəssis bu gün başlayan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib. O, hazırlığın fevralın 14-dək Bakıda təşkil olunacağını söyləyib:

"Toplanış ayın 14-dən Minskdə davam edəcək. Hazırda ölkə çempionatında iştirak edən futbolçulara üstünlük vermişik. Eyni zamanda İspaniyanın "Marcet" komandasından 5 futbolçu dəvət etmişik".

Qeyd edək ki, U-17 İnkişaf turnirində fevralın 16-da Rusiya, 17-də İran, 19-da isə Qazaxıstan komandaları ilə qarşılaşacaq. Turnirdə həlledici görüşlər fevralın 21-də keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər