top
Azərbaycanın futzal millisinin üzvü: Hazırlığımız yüksək səviyyədə davam edir Report.az
15 dekabr 2024, 17:39
- +

Azərbaycanın futzal millisinin üzvü: "Hazırlığımız yüksək səviyyədə davam edir"

Hazırlığımız yüksək səviyyədə davam edir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin üzvü Nihad İsmayılov AVRO-2026-nın əsas mərhələsində İsveç millisi ilə oyuna hazırlıqlar haqqında danışarkən deyib.

O, Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında hər kəsin məsuliyyəti dərk etdiyini vurğulayıb:

"Hazırlığımız yüksək səviyyədə davam edir. Məşq prosesi elə qurulub ki, həm taktiki, həm də fiziki hazırlığı yaxşılaşdırmaq baxımından tapşırıqlar verilir. Bilirik ki, bizi vacib oyunlar gözləyir. Çalışırıq məşqdə daha çox tər tökək ki, oyunda bunun bəhrəsini görək. Hər kəs məsuliyyətini anlayır".

Futzalçı İsveçin Yunanıstana qarşı keçirdiyi oyunu da izlədiklərini, rəqiblər haqda artıq müəyyən informasiyaya malik olduqlarını söyləyib:

"Yer aldğımız qrupda mübarizəyə start verilib. İsveç doğma meydanda Yunanıstanı qəbul edib. Komanda şəklində izlədiyimiz bu görüşün favoriti skandinavlar hesab edilsə də, yekun bir qədər gözlənilməz olub. Meydan sahibləri oyunun əksər hissəsini hücumda keçirsə də, yunanların əks-hücumlarının qarşısını ala bilməyib. İsveçin imkan tapdıqca uzaqdan qapı istiqamətinə zərbələr endirdiyinin şahidi olduq. Ümumiyyətlə, rəqibimizi məşqçilərimiz analiz edib, oyun zamanı nələrə diqqət edəcəyimizi də deyəcək. Özümüz də müəyyən nəticələr çıxarmışıq. Doğma meydanda oynayacağıq. İstəyimiz həm azarkeşlərimizi sevindirmək, həm də rəsmi oyunlara uğurlu nəticə ilə start verməkdir. Azarkeşlərimizə səslənirəm, gəlin oyunu canlı izləyin, uğura doğru birgə addımlayaq".

Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında baş tutacaq Azərbaycan - İsveç matçı saat 20:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Oxşar xəbərlər