top
Azərbaycanın “Babastro”su kim olacaq? - ARAŞDIRMA İdman.biz
04 dekabr 2024, 14:31
- ↺ +

Azərbaycanın “Babastro”su kim olacaq? - ARAŞDIRMA

İspaniya kubokunun dünənki oyunları La Liqa təmsilçisi "Espanyol"a 2:0 hesabı ilə qalib gələn dördüncü divizionun autsayderi "Barbastro"nun sensasiyası ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, Azərbaycanda keçirilən kubok matçlarında isə "Babastro"nun qəhrəmanlığını təkrarlayan komanda çoxdan yoxdur.

Düzdür, ölkəmizdə ümumiyyətlə 4-cü divizion mövcud deyil. Gücünə görə 4-cü ola biləcək Region Liqası komandaları isə kuboka buraxılmır.

Amma bu yarışda mübarizə aparan I Liqa və II Liqa klubları "Barbastro" olmağa cəhd edə bilər. Hərçənd onlar da Misli Premyer Liqasının komandaları ilə ayaqlaşa bilmir. Artıq neçə mövsümdür ki, elita təmsilçiləri aşağı liqa klublarını "kötəkləməklə" məşğuldur.

Cari mövsümdə artıq 7 dəfə buna şahid olmuşuq. II təsnifat mərhələsində "Səbail" "Dinamo"nu, "Kəpəz" "Ağdaş"ı 6:0, "Turan Tovuz" "Hypers Guba"nı 7:2, "Şamaxı" "Şəmkir"i 6:1, "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

1/8 finalın dünənki oyunlarında böyük hesab qeydə alınmasa da, "Səbail" "Qaradağ Lökbatan"la (2:0), "Araz-Naxçıvan" "Mingəçevir"lə (3:1) matça optimaldan uzaq heyətlə və sanki gəzərək çıxıb.

Bu 7 matçda ümumilikdə 34:4 hesabı ilə üstün olan Premyer Liqa klublarının bu gün də büdrəyəcəyi real görünmür. "Neftçi"nin "Difai", "Qarabağ"ın "Qəbələ", "Kəpəz"in "İmişli", "Sumqayıt"ın MOİK-ə sensasiya şansı verəcəyi inandırıcı deyil. Bir sözlə, Premyer Liqanın digər dəstələr üzərində qələbə sayında 11-0 üstələməsi an məsələsinə oxşayır.

Əslində, bu, ilk belə hal olmayacaq. Ötən mövsümdə də II təsnifat mərhələsinin 5, 1/8 finalın 6 oyununda ümumilikdə 11 qələbə qazanan elita təmsilçiləri "aşağılara" yerini göstərmişdi. Düzdür, iki görüşdə fərq bir top olub. "Qəbələ" "İmişli"yə, "Qarabağ" MOİK-ə cəmi bir top vurub. "Kəpəz" isə "Baku Sportinq"i əlavə vaxtda yenib. Amma 11 qələbə və ümumi top fərqində 49:5 hesablı üstünlük yaşanıb.

Ötən və cari mövsümdəki bu fərq üzündən əvvəlki illərdə aşağı liqa klublarının bəziləri kubokda oynamaqdan boyun qaçırırdı. 2022/23 mövsümündə I divizionun 4 komandası ümumi 0:16 hesabı ilə dörd məğlubiyyət alıb. Ondan bir il əvvəl isə Premyer Liqanın dörd təmsilçisi 10 top vurub və 3-nü buraxmaqla rəqiblərini mübarizədən kənarlaşdırıb.

Göründüyü kimi, artıq 4 mövsümdür bizdə öz "Barbastro"muz yoxdur. Bu müddətdə 26 duelin hamısında Premyer Liqa klubları rəqiblərini asanlıqla keçiblər.

İspaniya "cırtdan"ının qəhrəmanlığına nail olan son Azərbaycan klubu isə "Kəpəz" olub. Gəncə klubu 2020/21 mövsümünün 1-ci mərhələsinin son görüşündə sensasiyaya imza atıb. 2021-ci il yanvarın 25-dəki "qurban" isə "Sabah" olub. 2:1 hesablı əzmkar qələbə qazanan "Kəpəz" həmin vaxt oynadığı I divizionun Premyer Liqa klubunu keçən son təmsilçisidir.

Gəncə klubundan sonra 26 məğlubiyyət alan aşağı dəstə komandaları ümumilikdə 12:109 hesabı ilə uduzublar.

Bəlkə də bu gün növbəti sensasiya, son 4 mövsümün ilki gerçəkləşəcək. Amma Premyer Liqa – Aşağı liqalar duellərində 5-6 top fərqli nəticələrin zənginliyi bunu gözləməyə mane olur.

Qeyd edək ki, kubokun bugünkü ilk görüşləri saat 16:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:00

“Turan Tovuz” Qarabağa 21 aylıq qalibiyyəti gözləyir

Digər
Bu gün, 10:43

Aysel Əhmədli: Finalda artan inamla qızıl medal qazanıb;

Futbol
Bu gün, 10:40

Karlos Visens yeni baş məşqçi olaraq Lion (Qvardiola) komandası ilə razılaşdı

Digər
Bu gün, 10:39

Azərbaycanlı Məhəmmədəli Osmanlı UFC Fight Night-da Moldova rəqibi Andruşka ilə döyüşəcək

Futbol
Bu gün, 10:31

Sabah yarımmüdafiəçisi Zinəddin Uld Xaledlə qarşılıqlı razılığa əsasən yolları ayırdı;

Futbol
Bu gün, 10:26

Niko Ililcevic 16 yaşında Bundesliga-da Mukoko rekordunu yenidən qırdı

Futbol
Bu gün, 10:20

Kabo-Verde kaptanına qarşı ittihamda yalançı qadın məhkəməyə çağırıldı

Basketbol
Bu gün, 10:09

Neftçi basketbolçusu Aleks Stepanovic Avropa Kubokunun 5-ci turunun ən yaxşı beşində

Futbol
Bu gün, 10:00

Xvalko Kəpəz'i tərif edib, Azərbaycana qayıtmaya hazırdır

Futbol
Bu gün, 09:54

Tuxel, İngiltərə milli komandasında Koul Palmerin sağlamlığını yoxlayıb, dəyişikliklərə hazırlaşıyor

Futbol
Bu gün, 09:45

Azərbaycanın UEFA klublar reytinqi Ukraynadan 0,65 xal uzaqda qalır

Futbol
Bu gün, 09:40

Qalatasaray 25 m avro ilə Rus futbolçusuna transferə hazırdır

Basketbol
Bu gün, 09:39

Ordu vs Sabah: Azərbaycan Basketbol Liqasının VI turu 20:00-da başlayır;

Digər
Bu gün, 09:39

Futsalçının Lənkəranda möhtəşəm atmosferdən bəhs etməsi – 2-2 Çexiya matçından sonra

Futbol
Bu gün, 09:30

Azərbaycan 24-cü mövqeyi UEFA reytinqində qoruyub

Voleybol
Bu gün, 09:22

Üçüncü tur: Murov Az Terminal – Neftçi arasındakı qarşılaşma

Futbol
Bu gün, 09:20

Useyn Bolt, Ronaldo'ya Sosial Mediada Təşəkkür Etdi

Basketbol
Bu gün, 09:17

Ordu və Sabah altıncı turda qarşı-qarşıya gələcək

Voleybol
Bu gün, 09:07

Qadın voleybolu Super Liqası yeni mövsümə başlayır, birinci turun iki oyunu

Futbol
Bu gün, 09:03

Bu gün Avropanın beş aparıcı liqasında və Türkiyə Superliqasında keçiriləcək altı oyun

Futbol
Bu gün, 09:00

Neftçi Kəpəz ilə I dövrənin sürpriz komandası qarşılaşır

Futbol
Bu gün, 08:40

Qalatasaray, Batrakovun maaşını 1 milyon avroya qədər artıracaq

Qarabağ FK
Bu gün, 08:20

Qarabağ Azersun Arena’da Turan Tovuz ilə üz-üzə gəlir

Futbol
Bu gün, 08:10

Argentina millisinin 10 nömrəli formasını hələlik heç kimə verməmək qərarı alındı

Oxşar xəbərlər