Azərbaycan Kubokunda II təsnifat mərhələsinin ən qalmaqallı oyununda baş verənlər araşdırılıb.
İdman.biz xəbər verir ki, AFFA-nın İntizam Komitəsi "Şəfa" – "Difai" matçında yaşananların günahkarlarını cəzalandırıb.
Rəqibi vurduğu üçün qırmızı vərəqə alan futbolçuların cəzası eyni olub. "Şəfa"dan Elvin Nəsibov və Elməddin Hüseynzadə hərəyə 4 oyun cəzalanıb. Bakı klubu hər futbolçusu üçün 300 manat cərimə edilib. "Difai"nin rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə alan futbolçusu Bəşir Ayralov 3 matçlıq diskvalifikasiya edilib. Klub 200 manat xərcə düşüb.
İdman.biz