top
Azərbaycanda məşqçilərin yaşına baxırlarmı? İdman.biz
06 noyabr 2024, 18:35
- ↺ +

Azərbaycanda məşqçilərin yaşına baxırlarmı?

Şahin Diniyevin "Səbail"dən gedişindən sonra Azərbaycan Premyer Liqasının ən yaşlı iki məşqçisinin rəhbərlik etdiyi komandalar turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb.

İdman.biz xəbər verir ki, 52 yaşlı Qurban Qurbanovun çalışdırdığı "Qarabağ" liderdisə, 72 yaşlı rusiyalı türkmən Kurban Berdıyevin "Turan"ı da ikinci pillədədir.

Premyer Liqanın digər məşqçilərindən yalnız "Sabah"a rəhbərlik edən Krunoslav Renduliç əlli yaş həddini keçib: xorvatiyalının da 51 yaşı var. Qalan məşqçilərin yaşları, əsasən, 40-46 arasındadır. "Sumqayıt"la artıq üç oyuna çıxan 35 yaşlı Vaqif Cavadov isə hamıdan gəncdir.

Bir neçə il əvvəl aparılan beynəlxalq araşdırma nəticəsində Azərbaycan Premyer Liqasının məşqçilərin orta yaşının gənc olmasına görə siyahıda üst sıralarda yer aldığı üzə çıxmışdı. Finlandiya, Uels, Estoniya kimi ölkələrin çempionatları kimi.

Ona görə də yaşı 58 olan Şahin Diniyevin Azərbaycan Premyer Liqasında yenidən iş tapması asan olmayacaq. Bu gedişlə o, yəqin ki, köhnə işinə - AFFA Məşqçilər Komitəsinə qayıtmaq məcburiyyətində qalacaq.

Böyük nailiyyətlərə imza atmasa da, 25 ildən artıq məşqçi təcrübəsi var. Ölkə xaricində də çalışıb: Qroznı "Terek"ində baş məşqçi və köməkçi məşqçi olub, həmçinin ikinci komandasını çalışdırıb. "Kəpəz"lə 2016-cı ildə Avropa Liqasına çıxıb, ilk mərhələni adlaya bilib. Düzdür, Azərbaycan millisinin baş məşqçisi olduğu 2006-2007-ci illərdə ən böyük uğuru yalnız komandanın Bakıda Finlandiyaya 1:0 hesabı ilə qalib gəlməsi olub.

Hətta 52 yaşlı Tərlan Əhmədov da iş tapmaqda çətinlik çəkir və bir ildən artıqdır ki, məşqçilikdən uzaq düşüb. Bir sözlə, bizdə 10 ildən artıq məşqçi təcrübəsi olan mütəxəssislərə, demək olar ki, güvənilməməsi diqqəti çəkir.

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:05

Hossam Həsən Misir Milli Komandasından çıxarılıb, Əli Maher yeni baş məşqçi təyin edildi

Şahmat
Bu gün, 14:54

Azərbaycan şahmatçıları Avropa çempionatının müxtəlif yaş qruplarında liderdir

Futbol
Bu gün, 14:45

Araz-Naxçıvan son dörd mövsümün ən pis nəticəsini təkrarladı

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Oxşar xəbərlər