top
Azərbaycanda ikiqat çempion olmuş klub fəaliyyətini dayandırır Idman.biz
20 may 2025, 12:27
- ↺ +

Azərbaycanda ikiqat çempion olmuş klub fəaliyyətini dayandırır

1-ci Liqanı tərk etməsi 26-cı turda rəsmiləşən "Qaradağ Lökbatan" fəaliyyətini dayandıracaq.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, klubun rəhbərliyi məşqçi və futbolçuları "Karvan"la oyundan (2:2) sonra bu barədə məlumatlandırıb.

Funksionerlər onlarla görüşdə mövcud vəziyyət haqda danışıb, 2-ci Liqada çıxış etməyəcəklərini açıqlayıblar. Onların bildirdiyinə görə, 1-ci Liqada yerini qoruya bilməyən komandaya vəsait ayırmaq fikirləri yoxdur.

"Qaradağ Lökbatan" aşağı dəstənin ən təcrübəli iştirakçılarından biridir. Qəsəbə klubu ardıcıl 16 mövsüm burada çıxış edib.

2009/10 mövsümündə "Neftçi" İSM adı ilə qatıldığı yarışda 2 ildən sonra "Qaradağ Lökbatan"a çevrilib. Komanda həm də aşağı dəstənin ən uğurlu yarışmaçılarıdan biri idi. Ötən il son turlara qədər çempionluq uğrunda mübarizə aparan və Premyer Liqaya vəsiqəni "Şamaxı" ilə mübarizədə əldən verən "Qaradağ Lökbatan" 7 dəfə mükafatçılar sırasında yer alıb. 2011/12 və 2021/22 mövsümlərində çempion olsa da, Premyer Liqa üçün lisenziya ala bilməyib. 2012/13, 2015/16, 2017/18 və 2023/24 mövsümlərində 1-ci Liqada 2-ci yeri tutan komanda 2013/14 mövsümündə 3-cü yerlə kifayətlənib.

"Qaradağ Lökbatan" indiki kimi 2019/20 mövsümündə də sonuncu yeri tutub. Amma 13 komandalı çempionat həm koronavirus pandemiyasına görə yarımçıq qalıb, həm də ikinci dəstə olmadığı üçün aşağı yuvarlanmaq qaydası işləməyib.

Qeyd edək ki, səfərdə "Karvan"la 2:2 hesablı heç-heçə edən Bakı klubu sona 1 tur qalmış sonuncu yeri rəsmiləşdirib. 23 xala malik "Qaradağ Lökbatan" "Difai" və "Cəbrayıl"dan 3 xal geri qalır. Xallar eyni olduqda, qələbə sayı əsas götürüldüyü üçün qəsəbə təmsilçisi digər iki komandadan hər hansı birini keçmək şansını itirib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Minifutbol
Bu gün, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Futbol
Bu gün, 18:13

Arda Güler UEFA Çempionlar Liqasında AEK ilə oynayacaq "Real Madrid" heyətində yer almadı

Futbol
Bu gün, 18:00

II Liqa 9-cu tur: "Qaradağ Lökbatan" zirvədə, "Şirvan" ikinci pillədə

Futbol
Bu gün, 17:50

Rəvan Həmzəzadə VII tur I Liqa məclisində hakim olaraq iştirak edir

Futbol
Bu gün, 17:33

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümündə qrup rəqibləri açıqlanıb

Futbol
Bu gün, 17:33

Barselona Həmzə Əbdülkərim iki heyətə çağırıldı

Qarabağ FK
Bu gün, 17:30

İspaniya və Serbiya klublarından Azərbaycan U17 milli komandasına dəvət

Futbol
Bu gün, 17:29

Portuqaliyanın "Porto" klubu Avropada bərabərsiz qalır

Futbol
Bu gün, 17:20

RB Layptsiq Yohan Bakayokonu qış transfer pəncərəsində satmaq niyyətindədir

Digər
Bu gün, 17:13

UFC əfsanələri Kris Vaydman və Dastin Porye əfsanəvi Konor Makqregoru yarımyüngül çəkidə məğlub edəcək olan İliya Topuriya haqqında

Futbol
Bu gün, 17:01

Martin Subimendi qış transferində Arsenaldan ayrılma ehtimalı;

Futbol
Bu gün, 17:00

Cahangir Həsənzadə: "Sabah"ın UEFA Çempionlar Liqasında "Vikinq"ə qarşı yeni mərhələyə yüksəlmək şansını çox aşağı qiymətləndirirəm

Futbol
Bu gün, 16:46

Braziliyalı hücumçu Rişarlisonun agenti Trabzonsporla görüş istəyib

Futbol
Bu gün, 16:45

Aslan Kərimov "Sabah"ın "Vikinq"ə qarşı oyununda standart vəziyyətlər və əks-hücumları əsas təhlükə adlandırdı

Cüdo
Bu gün, 16:35

DİN-ə məxsus cüdo komandası açıq çempionatda xüsusi kuboka sahib oldu

Futbol
Bu gün, 16:34

Harri Keyn, Dieqo Simeonenin Qızıl top tərifinə cavab verdi

Digər
Bu gün, 16:29

Azərbaycanlı taekvondoçu Qaşim Maqomedov Belqrad turnirində qızıl medal qazanıb

Futbol
Bu gün, 16:21

Vikinqin baş məşqçisi Orsheym, ‘Budyo‑Qlimt’ mübahisəsini izah edir və ‘Sabah’la dueldə hazırdır

Futbol
Bu gün, 16:20

Vest Harmony baş məşqçisi Nuno Eşpiritu Santu ilə yollarını ayırdı

Qarabağ FK
Bu gün, 16:14

"Qarabağ" - "Turan Tovuz": Premyer Liqanın 11-ci tur matçının bileti 5 manatdan satışdadır

Digər
Bu gün, 16:09

Baku məktəblilər üçün ödənişsiz atletika təlimlərinə başlayıb

Futbol
Bu gün, 16:01

İspaniya Kubokunun oyunları Jesús de Miguelin vəfatı səbəbindən təxirə salındı

Oxşar xəbərlər