top
Azərbaycanda ən böyük darıxmağa NƏHAYƏT Idman.biz
26 aprel 2025, 14:14
- ↺ +

Azərbaycanda ən böyük darıxmağa NƏHAYƏT

I Liqanın XXIII turundan sonra Misli Premyer Liqasına vəsiqə qazanan bütün komandalar bəlli olub.

İdman.biz xəbər verir ki, "Qəbələ"nin ardından "İmişli" və "Karvan" da ilk "üçlük"də yerlərini təmin ediblər.

İdman prinsipləri ilə Premyer Liqada oynamaq hüququ qazanan klublar bunu tam rəsmiləşdirməyiblər. Çünki qarşıda klubları lisenziyalaşmadan uğurla keçmək kimi çətin vəzifə gözləyir. Bu il klublara müəyyən güzəştlər vəd olunsa da, hələ heç nə dəqiqləşməyib. Amma əgər idman prinsipləri ilə qazanılan vəsiqələr elitaya çıxmaqla nəticələnsə...

İmişlinin 3-cü komandası
"İmişli" bəziləri üçün əvvəlki klubların davamçısı sayılsa da, rəsmi sənədlərdə 2022-ci ildə yaradılıb. Bu, o deməkdir ki, klub Premyer Liqada debüt edəcək. Şəhərin indiyədək iki komandası elitada oynayıb. "Lokomotiv" və "MKT-Araz"dan sorna İmişli 3-cü klubla Premyer Liqada təmsil oluna biləcək.

15 mövsümdən sonra
"Karvan" isə daha yaşlı klubdur. Bir müddət hətta fəaliyyətini dayandıran komanda 2004-10-cu illərdə Premyer Liqada oynayıb. Həmin illərdə bir gümüş və bir bürünc qazanan Yevlax təmsilçisi 15 mövsüm elitadan kənarda qalıb. Əgər "Karvan" elitaya qayıtsa, Azərbaycan futbolu tarixinə ən uzun fasilədən sonra geri dönən komanda olacaq.

Şərikli rekord
İndiyədək rekord "Araz-Naxçivan"la "Göyəzən"ə məxsus idi. Qazax təmsilçisi 1992-ci ildə oynadığı ilk çempionatın güclülər dəstəsinə bir də 13-cü mövsümdə - 2004/05-ci illərdə qatılıb. "Araz-Naxçıvan" isə 11-ci çempionatda elitanı tərk edib və 23-cüdə qayıdıb. Amma 2001/02 mövsümündən sonra 2014/15-i gözləyən Naxçıvan həsrətdən sonra döndükləri yarışı sona da çatdıra bilməyiblər.

Beşillik plan
Tarixdə 3 dəfə bir komandaya Premyer Liqaya dönüş üçün 5 mövsüm lazım gəlib. 1998/99 mövsümündə Qusar "Şahdağ"ı, 2010/11 və 2022/23 mövsümlərinin ikisində də "Kəpəz" 5 illik həsrətə qayıdışla son qoyublar. "Karvan"ın bu dəfəki dönüşü isə həmin uç seriyanın cəminə bərabərdir.

Qeyd edək ki, "Qəbələ" cəmi bir mövsümdən sonra Premyer Liqaya qayıtmağı bir neçə tur əvvəl təmin edib.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər