top
Azərbaycanda avrokubok həyəcanı: 28 mövsüm, 21 klub, 5 turnir - TƏHLİL İdman.biz
10 iyul 2024, 17:52
- ↺ +

Azərbaycanda avrokubok həyəcanı: 28 mövsüm, 21 klub, 5 turnir - TƏHLİL

Sabah Azərbaycan futbolu üçün 2024/25 mövsümünə start veriləcək.

İdman.biz xəbər verir ki, bu, Avropa Liqasının I təsnifat mərhələsində gerçəkləşəcək.

"Zirə" Moldovada "Şerif"lə üz-üzə gələcək. Digər təmsilçilərimiz II təsnifat mərhələsindən yarışa qatılacağı üçün avrokubok mövsümünü Rəşad Sadıqovun yetirmələri açacaq.

2024/25 mövsümü Avropa futbolu üçün yubiley xarakteri daşıyır. Ən köhnə qitə klub turniri olan Çempionlar Liqası 70-ci dəfə təşkil olunur. 1955/56 mövsümündən keçirilən yarışla avrokubokların da 70-ci futbol ili başlayır.

Azərbaycan isə bundan xeyli gec – müstəqillik əldə olunduqdan və AFFA UEFA-ya üzv olduqdan sonra qitə klub turnirlərində debüt edib. Bu, avrokubokların startından 39 il sonra gerçəkləşib.

Həmin məntiqlə ölkəmiz üçün 31-ci avrokubok mövsümü başlamalı idi. Amma 2002/03 və 2003/04 mövsümlərində bu həyəcandan kənar qaldığından Azərbaycan yalnız 29-cu dəfə Avropa "səyahət"inə çıxır.

Arxada qalan 28 mövsümdə komandalarımız 442 avrokubok oyunu keçirib. 137 qələbəsi olan təmsilçilərimiz 137 heç-heçə edib və 200 dəfə uduzub. 461 qola sevinən klublarımız 648 top buraxıb.

Bu, 5 müxtəlif turnir çərçivəsində gerçəkləşib. UEFA kuboku ilə başlayan Avropa macəraları sonradan Çempionlar Liqası və Kuboklar kubokunda, az keçmiş İntertoto kubokunda davam edib. Zaman keçdikcə son iki turnir mövcudluğunu itirib, bu yaxınlarda Konfrans Liqası yaradılıb. Üstəlik, UEFA kuboku da artıq 15 ildir Avropa Liqası adlanır.

ÇL

97

33

29

35

107-118

UK/AL

271

80

63

128

285-409

İK

26

9

3

14

19-41

KK

8

0

2

6

1-17

KL

40

15

8

17

49-63

ÇL – Çempionlar Liqası, AL – Avropa Liqası, UK – UEFA kuboku, İK – İntertoto kuboku, KL – Konfrans Liqası

Əvvəlki 28 mövsümə nəzər salsaq, üç dövrə bölmək olar. Klublarımızın maliyyə baxımından kasıb olduğu və nəticə də qazanmadığı illər kifayət qədər uzun sürüb. İlk qələbəni 3-cü mövsümdə əldə edən barmaqla sayılacaq sayda uğura imza atıb. Həmin illərdə bir mərhələ adlanması belə böyük bayram olub.

2004-12-ci illərdə böyük pullar qarşılığında heyətini gücləndirən klublar mərhələ, hətta bir neçə raund keçməyə başlayıblar. 3-cü mərhələ, pley-off da həmin vaxta təsadüf edib.

"Neftçi"nin avrokuboklarda qrupa yol açdığı 2012-cidən sonra sanki yeni era başlayıb. Bir mövsüm heç bir komanda bunu bacarmasa da, estafeti "ağ-qaralar"dan qəbul edən "Qarabağ" ardıcıl 10 dəfə qrup həyəcanı yaşayıb. İki dəfə "Qəbələ" də onlara qoşulub. Təbii ki, bu müddətdə mövsüm ərzindəki qələbə və qol sayı da dəfələrlə yüksək olub.

1994/95

2

0

0

2

0-7

1995/96

4

0

1

3

1-12

1996/97

6

1

2

3

5-20

1997/98

6

0

0

6

0-20

1998/99

8

1

0

7

4-25

1999/2000

10

2

0

8

6-22

2000/01

10

2

0

8

9-25

2001/02

8

0

1

7

1-14

2004/05

12

4

1

7

6-17

2005/06

10

4

0

6

10-18

2006/07

10

4

2

4

6-9

2007/08

8

1

4

3

7-11

2008/09

14

3

5

6

11-18

2009/10

16

4

4

8

15-27

2010/11

14

6

4

4

16-14

2011/12

12

3

5

4

13-14

2012/13

22

5

11

6

29-26

2013/14

18

8

4

6

16-22

2014/15

24

9

6

9

27-27

2015/16

34

8

14

12

28-36

2016/17

34

11

7

16

38-42

2017/18

24

10

5

9

28-29

2018/19

20

7

3

10

17-28

2019/20

24

9

5

10

40-34

2020/21

14

4

3

7

16-17

2021/22

26

9

7

10

29-41

2022/23

24

9

6

9

33-29

2023/24

28

13

5

10

50-44

28 mövsümdə 5 müxtəlif yarışda təmsil olunan Azərbaycanın 21 klubu Avropaya çıxıb. Bir dəfə Çempionlar Liqası, 8 dəfə Avropa Liqası, 1 dəfə Konfrans Liqasında qrupa düşən və bu uğurları ardıcıl 10 mövsümdə reallaşdıran "Qarabağ" qitə miqyasındakı ən yaxşı təmsilçimizdir. Ağdamlılar həm oyun, həm qələbə, həm vurulan qol sayında ən yaxın izləyicilərini iki dəfədən də çox qabaqlayır. "Neftçi"nin ikinci olduğu siyahıda "Şamaxı" da "üçlük"də yer alıb. Sonunculardan daha çox oyun keçirən "Qəbələ" qələbə sayında onlardan geri qalır. 21 komandadan 13-ü qələbə sevinci yaşayıb.

1

Qarabağ

176

66

46

64

207-220

2

Neftçi

82

26

20

36

95-127

3

Şamaxı

39

16

11

12

45-45

4

Qəbələ

42

11

7

24

42-67

5

Bakı

18

4

5

9

16-31

6

Sabah

4

3

0

1

6-3

7

Xəzər Lənkəran

18

2

7

9

14-33

8

Zirə

6

2

2

2

5-7

9

Karvan

6

2

1

3

3-6

10

Kəpəz

14

2

1

11

6-30

11

MKT Araz

4

1

1

2

1-3

12

Bakı fəhləsi

2

1

0

1

1-1

13

Şəmkir

10

1

0

9

7-21

14

Şüvəlan

4

0

2

2

3-5

15

Sumqayıt

3

0

1

2

0-4

16

Xəzri

2

0

1

1

2-11

17

Səbail

2

0

0

2

4-6

18

Simurq

2

0

0

2

0-4

19

Şəfa

2

0

0

2

0-7

20

Turan

2

0

0

2

0-7

21

Viləş

4

0

0

4

2-10

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Oxşar xəbərlər