top
Azərbaycanda 2025/2026 mövsümündə qadın futbolu yarışları 4 liqa üzrə keçiriləcək Report.az
19 iyul 2025, 15:25
- ↺ +

Azərbaycanda 2025/2026 mövsümündə qadın futbolu yarışları 4 liqa üzrə keçiriləcək

Azərbaycanda 2025/2026 mövsümündə qadın futbolunda yarışlar 4 liqa üzrə keçiriləcək.

Bunu "Report"a açıqlamasında AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva deyib.

Qurum rəsmisi yeni mövsümdən etibarən Azərbaycanda qadın futbolu ilə bağlı bir sıra qərarlar qəbul edildiyini bildirib:

"Ötən mövsüm bütün qız liqalarında iştirak edən komandaların nümayəndələri ilə görüş oldu. Bu il müraciətlər əsasında yeni komandalar da dəvət etmişik. 2025/2026 mövsümündə U-12, U-14, U-16 və Yüksək Qızlar Liqası keçiriləcək. Hələ ki, formatla bağlı heç bir məlumat verə bilmirik, çünki qeydiyyat prosesi avqustun sonunadək davam edəcək. Komandaların sayı bəlli olandan sonra uyğun formatı müəyyənləşdirəcəyik. U-16 Liqası və Yüksək Qızlar Liqası ev-səfər sistemi ilə keçiriləcək. U-12 liqası kütləvi xarakter daşıyacaq. Yeni istedadların aşkar edilməsinə, kütləviliyin təminatına çalışacağıq. Bu bizim üçün fundamental bir liqa olacaq. Gələcəkdə U-12 liqasından çıxan qızları ilk olaraq U-15 millisinə dəvət edəcəyik. Yüksək Qızlar Liqasının məqsədi o olacaq ki, U-17, U-19 və əsas millinin oyunçuları məhz burada toplaşıb oynasınlar. U-16 Liqası isə U-15 və U-17 yığmalarına namizəd oyunçular üçün keçid rolunu oynayacaq".

Departament rəhbəri liqalarda gəncləşdirmə prosesi aparılacağını da söyləyib:

"Liqada gəncləşdirmə prosesinin məqsədi birbaşa keyfiyyətə təsir etmək və böyük oyunçu kütləsi yaratmaqdır. Belə də komandaların sayı da çox olacaq. Üstəlik, intensivlik yüksək olacaq və rəqabət artacaq. 2010 təvəllüdlü futbolçular da Yüksək Liqada oynayacaqlar. Bunun səbəbi futbolçuların fiziki hazırlığı ilə bağlıdır. Çünki bu yaşda olan oyunçular xaricə gedəndə yaşca özlərindən böyük futbolçulara və çətin rəqiblərə qarşı oynayırlar. Azərbaycanda U-16 Liqasında rəqabət aşağıdır və Avropada güclü rəqiblərə qarşı oynamağa hazır olmurlar. Qızlarımızın nə fiziki durumu, nə də texniki hazırlıqları buna imkan verir. Bütün yaş qrupu üzrə millilərin baş məşqçilərinin fikirlərini də öyrəndik. Qızların sayını artırmaq, istedadlı olanlara özlərindən yaşca daha yuxarı komandaların heyətində oynamaq məqsədilə gəncləşdirmə prosesi aparmaq qərarına gəlmişik.

Ötən il Yüksək Liqada qızların sayı 122 nəfər idi. Məqsədimiz bu sayı 200-ün üzərinə çıxarmaq və rəqbəti artırmaqdır. U-16 aşağı yaş qruplarında sonuncu liqadır. Daha sonra Yüksək Qızlar Liqası gəlir. 16 yaşadək futbolçuların bu liqada oynamasının həm say artımına, həm də keyfiyyətə təsir edəcəyini düşünürəm. Belə də çempionatlarda komandaların sayı ilə bağlı problemlər yaşanmayacaq və texniki məğlubiyyətlərin sayı da az olacaq. Bu təcrübə xarici ölkələrdə də həyata keçirilib. Bir neçə ölkədə biz bunu araşdırmışıq. Avropada U-16 millilərinin üzvlərinin daha böyük yaşda olan, həmçinin yaxın ölkələrin liqalarında oynamaları məsləhət görülür. Məşqçilərlə məsləhətləşdik, AFFA rəhbərliyi də bu qərarları müsbət qarşıladı".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Barcelona Diomandeni, Real Madrid isə Adeyemini imtina etdi

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Futbol
Dünən, 23:36

Berdıyev: Neftçi ilə 1-1 bərabərlikdə qapı qıran qola bütün komanda cavabdehdir

Digər
Dünən, 23:21

Yuri Vernidub: “Məğlub olmadığımıza görə razı qala bilərik, amma iki xal itirdik”

Digər
Dünən, 22:58

Millimizin üzvü üçün 56 dəqiqə

Güləş
Dünən, 22:56

Azərbaycanın Qazaxıstandakı səfirliyi dünya çempionatının finalına yüksələn Eldəniz Əzizliyə və Sənan Süleymanova uğurlar arzuladı

Futbol
Dünən, 22:55

Totenhem 2-0 ilə Çelsini məğlub etdi

Futbol
Dünən, 22:28

Kim Min Jae-nin Arsenal-a keçidi ehtimalı

Futbol
Dünən, 22:20

Şəfa baş məşqçisi Həşimov: 1:2 məğlubiyyət, oyun başlanğıcında pis, sonra toparlanıldı

Futbol
Dünən, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Dünən, 21:50

Neftçi baş məşqçisinin matç sonrası açıqlamaları: Futbolçuların düşüncələrini başa düşə bilmirəm

Oxşar xəbərlər