top
Azərbaycan yığmasının keçmiş kapitanı: Vitali Borisov nə eləsin, haradan futzalçı axtarsın? Report.az
18 aprel 2025, 13:04
- ↺ +

Azərbaycan yığmasının keçmiş kapitanı: "Vitali Borisov nə eləsin, haradan futzalçı axtarsın?"

Vitali Borisov nə etsin, haradan futzalçı tapsın?

Bunu "Report"a açıqlamasında Azərbaycan futzal millisinin sabiq kapitanı Ağatahir Əzimov deyib.

Mütəxəssis Vitali Borisovun baş məşqçisi olduğu komandanın Avropa çempionatının əsas mərhələsində çıxışını dəyərləndirib:

"Düşünürəm ki, məşqçilik heç nə yoxdur. Braziliyalılar getdikdən sonra belə turnirlərdə oynaya biləcək futzalçılarımızın sayı azalıb. Bu gün heyətdə yer alanların bəzilərinin yaşı 40-dan yuxarıdır. Qalanları da çox gəncdirlər, 21-22 yaşları var. Yəni, bu gün meydana çıxıb sözünü deməli olan ortayaşlı nəsil yoxdur. Gənclər təcrübəsizdirlər, yaşlılar isə fizki cəhətdən çatdıra bilmirlər. Bunun da əsas səbəbi əvvəlki baş məşqçi Joze Alesio da Silvanın vaxtilə azərbaycanlılara oynamaq üçün çox şans yaratmamasıdır. Həmçinin əksər oyunçular futzalda sponsor olmadığı üçün minifutbola yönəldilər. Futzal çempionatımız da zəifdir. Vitali Borisov nə etsin, haradan futzalçı tapsın? Xaricdə oynayan legionerimiz də yoxdur ki, heyətə cəlb etsinlər".

O, komanda üzvlərinin təcrübəsizliyini qabardıb:

"Hazırda millinin heyətində olan gənc futzalçılar bir neçə il əvvəl U-19-da oynayırdılar. Yəni, təcrübəli deyillər, cəmi 2-3 ildir futzaldadırlar. Əlbəttə, belə oyunlarda çıxış etdikcə "artıracaqlar". Futzala sponsorlar cəlb olunsa, minifutbola yönələnlərin hamısı qayıdacaqlar. Əlavə bir neçə legioner gətirdikdən sonra çempionatımız daha da güclənər. Nəticədə gənc futzalçılar inkişaf edərlər. Hazırda çempionluq uğrunda "Araz-Naxçıvan", "Baku Fire" və "Neftçi" İK klubları mübarizə aparır. Qalan komandalar onlarla müqayisədə zəifdirlər. Rəqabət olmayan çempionatda gənclər inkişaf edə bilməz".

A.Əzimov komandanın çətinlik çəkdiyi əsas məqamları vurğulayıb:

"Deyə bilmərəm ki, meydana çıxıb döyüşmürlər. Bacardıqlarını ortaya qoyurlar. Taktiki tapşırıqları da yerinə yetirməyə çalışırlar. Sadəcə, təcrübələri azdır. Məsələn, rəqib beş nəfərlə oynayanda futzalçılarımız müqavimət göstərməkdə çətinlik çəkirlər. Baş məşqçi Vitali Borisov da bu məqamlardan narahat olduğunu mənə deyib".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində yer aldığı V qrupu 2 xalla sonuncu pillədə bitirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Oxşar xəbərlər