top
Azərbaycan yığmasının baş məşqçisi: Ümidvaram ki, seçmə mərhələyə qədər hər şey yaxşıya doğru dəyişəcək Report.az
21 aprel 2025, 11:53
- ↺ +

Azərbaycan yığmasının baş məşqçisi: "Ümidvaram ki, seçmə mərhələyə qədər hər şey yaxşıya doğru dəyişəcək"

Ümid edirəm ki, seçmə mərhələ matçlarına qədər hər şey yaxşılığa doğru gedəcək.

"Report" xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüdlü) Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirindəki çıxışı dəyərləndirərkən deyib.

Mütəxəssis ilk olaraq Estoniya yığmasına qarşı keçirilən son matçla (1:2) bağlı fikirlərini bildirib:

"Estoniya ilə oyunda gözləntimiz qələbə idi. Ancaq UEFA İnkişaf Turnirində heyətdəki 20 futbolçunun hamısına minimum 90 dəqiqə şans vermək məcburiyyətində idik. Bu səbəbdən ilk iki matçda az oyun dəqiqəsi əldə edən uşaqlara şans verdik. Ümumilikdə üstünlük bizim tərəfimizdə idi. Təəssüf ki, fərdi səhvlərdən iki qol buraxdıq. Yaxaladığımız saysız-hesabsız fürsətləri isə qolla tamamlaya bilmədik. Bu da oyunçuların fərdi keyfiyyətlərindəki və texniki bacarıqlarındakı çatışmazlıqdan qaynaqlanır. Problemləri aradan qaldırmaq üçün zamana ehtiyac var. Ancaq milli komandada bunların üzərində çalışmaq üçün vaxtımız olmur. Yığmada işimiz sırf taktiki gedişlər üzərində qurulur. Futbolçular klublarında bu problemi aradan qaldırmağa çalışmalıdırlar".

Aqil Nəbiyev U-17-nin inkişafda olduğunu vurğulayıb:

"Bu, ikinci toplanışımız idi. Əvvəlki hazırlıqla budəfəki toplanış arasında böyük fərq hiss etdik. Uşaqlarda inkişaf var. İnanıram ki, bu futbolçularla daha yaxşı nəticələr əldə edə bilərik. Gürcüstanla oyun komandanın potensialının olduğunu göstərdi. Sadəcə, uşaqlar beynəlxalq oyun təcrübəsinin azlığından əziyyət çəkirlər. Ümid edirəm ki, seçmə mərhələ matçlarına qədər hər şey yaxşılığa doğru gedəcək".

Qeyd edək ki, U-17 millimiz UEFA İnkişaf Turnirində Moldova (0:1), Gürcüstan (1:0) və Estoniyanın (1:2) müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Oxşar xəbərlər