top
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatına hazırlığımızın səviyyəsi Slovakiyadakı matçlardan sonra bəlli olacaq Report.az
28 aprel 2025, 14:15
- ↺ +

Azərbaycan yığmasının baş məşqçisi: "Dünya çempionatına hazırlığımızın səviyyəsi Slovakiyadakı matçlardan sonra bəlli olacaq"

Slovakiyada təşkil ediləcək beynəlxalq turnirdən sonra Azərbaycan minifutbol yığmasının Bakıda keçiriləcək dünya çempionatına hazırlıq səviyyəsi bəlli olacaq.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis hər şeyin plan üzrə getdiyini deyib:

"Bu, ikinci toplanışımız idi və yaxşı keçdi. Bizim üçün önəmli oyunlar idi. Bu gün Slovakiyaya yollanacağıq. Orada da turnir keçiriləcək və bizi bir neçə matç gözləyir. Dünya çempionatına nə dərəcədə hazır olduğumuz bu oyunlardan sonra bilinəcək. Digər çatışmazlıqları da Bakıda aradan qaldırmağa çalışacağıq. Əsas odur ki, planlaşdırdıqlarımızı meydanda həyata keçirə bilək. Hələlik hər şey qaydasındadır".

O, Slovakiyadakı turnirdə bütün futbolçulara şans vermək niyyətində olduğunu vurğulayıb.

"Slovakiyada da beynəlxalq turnir olacaq. Azərbaycanla yanaşı, Ukrayna, Slovakiya, Polşa, Belçika və Macarıstan iştirak edəcək. Bu komandaların hər biri dünya çempionatında mübarizə aparacaq. Güclü turnir olacaq. Məqsədimiz təkcə çempion olmaq deyil. Bura 22 futbolçu ilə gəlmişik. Hər birinə şans verməyə çalışırıq. Məqsədimiz onların böyük oyunlarda bizə nə dərəcədə kömək edə biləcəyini görməkdir. İstənilən halda, rəqiblərə uduzmaq fikrimiz yoxdur".

Qeyd edək ki, Azərbaycan millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirin qalibi olub. Komanda Bosniya və Herseqovina (7:2), Türkiyə (1:0), Monteneqro (3:2) və Qazaxıstan (5:0) yığmalarını məğlub edib.

Elşad Quliyevin rəhbərlik etdiyi komanda dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq. 32 yığmanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər