19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək. Sport24.az xəbər verir ki, sözügedən komanda B Liqasının 5-ci qrupunun birinci matçında İsveçrə ilə qarşılaşacaq.
Matça saat 13:00-da start veriləcək.
Azərbaycan yığması noyaqbrın 29-da Estoniya, dekabrın 2-də isə Kiprlə qarşılaşacaq.
Matçlar Kiprdə baş tutacaq.