top
Azərbaycan və Türkiyənin qadın vəkilləri futbol meydanında güclərini yoxlayıblar Report.az
01 iyun 2025, 16:09
- ↺ +

Azərbaycan və Türkiyənin qadın vəkilləri futbol meydanında güclərini yoxlayıblar

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) qadın vəkil və hüquqşünaslardan ibarət "Legal Eagles" futbol komandası ilə Türkiyə Barolar Birliyinin Ankara Barosunun qadın vəkillərdən ibarət eyniadlı komandası arasında yoldaşlıq görüşü keçirib.

"Report" xəbər verir ki, Bakı şəhərində təşkil edilən görüşdən əvvəl VK Rəyasət Heyətinin üzvü Elçin Usub çıxış edərək "Legal Eagles" futbol komandası haqqında iştirakçılara məlumat verib, belə təşəbbüslərin vəkillər arasında həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

VK-nın sədr müavini Pərviz Ələkbərov isə çıxışında hər iki komandanı Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, onlara uğurlar arzulayıb, bu cür yoldaşlıq oyununun qarşılıqlı əməkdaşlığın güclənməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

Kollegiyanın Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışı zamanı görüşdə iştirak edən hər iki komandanın üzvlərinə təşəkkür edərək onlara uğurlar arzulayıb və bu kimi tədbirlərin gələcəkdə də davam edəcəyinə inandığını söyləyib.

Sonra "Legal Eagles" komandasının kapitanı Aynur Hüseyn çıxış edib. O, tədbirin təşkilinə görə minnətdarlığını bildirib və bu cür görüşlərin qadın vəkillərin həmrəyliyinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını dilə gətirib.

"Ankara Barosu" komandasının kapitanı Dərya Çağılıyan isə çıxışı zamanı Azərbaycanda bu cür səmimi qarşılanmaqdan məmnunluq duyduğunu ifadə edib, vəkil qadınlar arasında əməkdaşlığın və dostluğun idman sahəsi vasitəsilə gücləndirilməsinin sevindirici hal olduğunu söyləyib.

"Legal Eagles" komandasının rəhbəri Mehriban Məmmədova isə çıxışında deyib ki, bu təşəbbüs yalnız idmanla məşğul olmaq deyil, həm də həmrəyliyin, komanda ruhunun, fiziki və psixoloji sağlamlığın təşviqinə yönəlib.

Sonra qarşılaşmaya start verilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda qalib müəyyənləşməyib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Yekunda qaliblərə medallar və mükafatlar təqdim edilib.

Görüşün ən yaxşı oyunçusu "Ankara Barosu" komandasının üzvü Qamze Bezan və matçın ən yaxşı qapıçısı isə "Legal Eagles" komandasının üzvü Tünzalə Hacıyeva seçilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Digər
Bu gün, 19:04

Zaur Həşimov: “Təcrübəsizlikdir, yoxsa bəxtsizlik, bilmirəm”

Digər
Bu gün, 19:03

Fərid Qayıbov Ruandanın idman naziri ilə görüşüb - FOTO

Digər
Bu gün, 18:57

“Traktor” diskvalifikasiya olunacaq?

Futbol
Bu gün, 18:53

Mareska: Aston Villa məğlubiyyətində daha çox qələbəyə layiq idik

Futbol
Bu gün, 18:15

Elçe Rayo Vallecano'nu 3-0 məğlub edərək təhlükəli zonadan çıxdı

Cüdo
Bu gün, 18:10

Azərbaycanlı cüdoçu Zelim Tçkayev PSJ-nin Avropa Cüdo Çempionlar Liqası finalına yüksəlməsinə kömək edib

Basketbol
Bu gün, 17:59

NTD-nin baş məşqçisi Ordu qarşısında məğlubiyyətin səbəblərini izah etdi

Digər
Bu gün, 17:58

“Neftçi” və “Sabah”ın əvəzedicilərindən məhsuldar heç-heçə

Futbol
Bu gün, 17:55

Vanspor, Azərbaycan millisinin sabiq üzvləri Ozan Can Kökçü və Elvin Yunuszadəni 3-0 məğlub etdi

Qarabağ FK
Bu gün, 17:43

Andrade “Qarabağ”dan Ukraynanın lideri “Polisiya”ya qızaq... (Wait, let's look closer at the text. The text says he moved in summer 2026? That's in the future. It says "Xatırladaq ki, Andrade 2026-cı ilin yayında "Qarabağ"dan "Polissya"ya keçib." This is

Futbol
Bu gün, 17:40

Aston Villa Manchester City'yi Premier Liqa'da 2-1 məğlub etdi

Futbol
Bu gün, 17:37

İnfantino Bakıda U-15 Dünya Çempionatı çərçivəsində istəfası barədə sorğulara cavab verdi

Futbol
Bu gün, 17:28

Fransalı müdafiəçi Jul Könhe “El Klyasiko”da oynaya bilməyəcək

Futbol
Bu gün, 17:27

PSJ-nin keçmiş rəhbərləri Çempionlar Liqasında ucalan üçün Afrika marabutuna müraciət etdi: Qəribə proqnoz və tarixi qələbə

Futbol
Bu gün, 17:20

Melbourne derbisinde yağış altında 1-1 nəticə

Futbol
Bu gün, 17:10

Kasımpaşa 1-0 qalib gəlir və beşinci yerə yüksəlir

Basketbol
Bu gün, 16:47

Ordu, NTD-ni məğlub edərək Azərbaycan Basketbol Liqası IV turunda qalib gəldi;

Futbol
Bu gün, 16:29

Fransalı klub Qalatasaraylı qapıçıya maraq göstərir

Futbol
Bu gün, 16:28

FIFA, Bakı U-15 Dünya Çempionatı oyunlarını FIFA+ vasitəsilə pulsuz izləmək imkanı təqdim edib

Oxşar xəbərlər