top
Azərbaycan və İslandiya milli komandaları: Tarixi faktlar və maraqlı məqamlar Idman.biz
13 noyabr 2025, 13:29
- ↺ +

Azərbaycan və İslandiya milli komandaları: Tarixi faktlar və maraqlı məqamlar

Bu gün Azərbaycan milli komandası 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin V turunun D qrupu çərçivəsində növbəti oyununa çıxacaq.

İdman.Biz olaraq qarşılaşmadan öncə hər iki milli komanda haqqında maraqlı tarixi faktları oxucularımıza təqdim edirik.

Azərbaycan və İslandiya milliləri tarixlərində üçüncü dəfə üz-üzə gələcəklər. Komandaların ilk dueli 2008- ci ilə təsadüf edib. Reykyavikdə təşkil olunan yoldaşlıq görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb. Hesabı 48-ci dəqiqədə millimizin heyətində Fabio Luis Ramim açıb. Meydan sahibləri 10 dəqiqə sonra bərabərlik topunu vurublar.

Düz 17 il sonra - yəni bu il komandalar eyni arenada ikinci dəfə qarşılaşıblar. Budəfəki matç rəsmi xarakter daşıyıb. Sentyabrda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsindəki oyunda meydan sahibləri 5 cavabsız qolla qələbə qazanıblar. Məhz həmin matçdan sonra Fernandu Santuşla yollar ayrılıb və millimizin baş məşqçi postu Ayxan Abbasova tapşırılıb.

MARAQLI NÜANS

Azərbaycan və İslandiya futbolu arasında çox az bağlılıq var. Doğrudur, klublarımız avrokuboklarda bir neçə dəfə Skandinaviya ölkəsinin təmsilçiləri ilə qarşılaşıb. Ancaq Premyer Liqamızda indiyə qədər cəmi bir island çıxış edib. Bu da İslandiya tarixinin ən uğurlu qapıçılarından olan Hannes Halldorssondur. DÇ2018-də Argentina yığmasına qarşı keçirilən matçda Lionel Messinin penalti zərbəsini dəf edən Halldorsson mundialdan sonra "Qarabağ"a keçib. Lakin qolkiper 2018/2019-cu illər mövsümü başa çatmamış Ağdam klubundan ayrılıb.

Maraqlıdır ki, İslandiya çempionatında oynamış azərbaycanlı futbolçu sayı daha çoxdur. 1998-ci ildə Zaur Tağızadə və Ruslan Musayev "Akranes" klubuna keçiblər. Lakin onlar da orada cəmi 6 ay qalıblar.

BAŞ MƏŞQÇİLƏR

İslandiya millisinin baş məşqçisi Arnar Berqmann Qunnlauqssonun futbolçu karyerası heç də pis keçməyib. Belə ki, sabiq hücumçu "Feyenoord" (Niderland), "Nürnberq" (Almaniya), "Soşo" (Fransa), "Bolton", "Lester", "Stok Siti" (İngiltərə) və "Dandi Yunayted" (Şotlandiya) kimi klubların formasını geyinib.

İslandiya millisinin heyətində 32 oyunda 3 qol vuran Qunnlauqsson məşqçiliyə 2006-cı ildə yetirməsi olduğu "Akranes"də başlayıb. 2017-ci ildə köməkçi məşqçi kimi keçdiyi "Vikinqur"a bir il sonra baş məşqçi təyin olunub. Həmin vaxtdan bu ilə qədər də Reykyavik klubuna rəhbərlik edib. Bu müddət ərzində komandaya 2 dəfə (2021, 2023) İslandiya çempionluğunu, 4 dəfə (2019, 2021, 2022, 2023) ölkə kubokunu, 2 dəfə (2022, 2024) isə Superkubokunu qazandırıb.

2021 və 2023-cü illərdə ölkədə ilin məşqçisi seçilən 52 yaşlı mütəxəssis bu ilin yanvarında İslandiya yığmasının "sükanı arxası"na keçib. Komanda onun rəhbərliyi altında cəmi 7 matça çıxıb ki, bunun 2-də qələbə qazanıb, 5 dəfə məğlub olub.

Azərbaycan millisinin yeni baş məşqçisi Ayxan Abbasov isə artıq 10 ildir məşqçiliklə məşğuldur. 16 illik futbolçu karyerası ərzində müxtəlif klublarda, eləcə də, U-17, U-19 və U-21 yığmalarımızda çıxış etmiş 44 yaşlı mütəxəssis 2015-ci ildə məşqçiliyə başlayıb. "Zirə"də köməkçi məşqçi kimi fəaliyyətə başlayan Abbasov 2016/2017 mövsümünün ikinci yarısında baş məşqçi kimi debüt edib. "Zirə" onun rəhbərliyi altında mövsümü 4-cü pillədə başa vurub. Növbəti mövsümdə də qəsəbə təmsilçisi eyni nəticəni təkrarlayıb.

2018/2019 mövsümünə də "Zirə"də başlayan Ayxan Abbasov cəmi 2 turdan sonra komandadan ayrılıb və mövsümün gedişində "Sumqayıt"ın sükanı arxasına keçib. Çalışdırıcı ilk mövsümündə "gənclik şəhəri" təmsilçisini Azərbaycan Kubokunun finalına daşıyıb. Onun rəhbərliyi altında 2019/2020 mövsümündə Premyer Liqada 4-cü yeri tutan "Sumqayıt" tarixində ilk dəfə avrokuboklarda iştirak hüququ qazanıb. Növbəti mövsüm isə "kimyaçılar" ölkə çempionatının bürünc mükafatçısı olmaqla yanaşı, kubokda da finala qədər irəliləməyi bacarıb.

"Sumqayıt"da 3 illik uğurlu fəaliyyətin ardından 2021-ci ilin sonunda komandadan ayrılan Ayxan Abbasov növbəti iki mövsümü "Turan Tovuz"da keçirib. Mütəxəssis ötən ildən Premyer Liqanın digər təmsilçisi "Şamaxı"nı çalışdırır. O, eyni zamanda bu ilin martından sentyabrına qədər U-21 millimizə rəhbərlik edib.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya yığmasına qarşı keçirilən ilk oyundan sonra Fernandu Santuşla yollarını ayıran milli komandamız dörd gün sonra Bakıda Ukrayna önünə məhz Ayxan Abbasovun rəhbərliyi altında çıxıb və güclü rəqibi ilə heç-heçə edib – 1:1.

REKORDÇULAR

İslandiya millisi ilk beynəlxalq oyununu 29 iyul 1930-cu ildə Farer adalarına qarşı keçirib. Torshavndakı matçda islandlar 1:0 hesablı qələbə qazanıblar. İslandiya millisinin ən böyükhesablı qələbəsi 9:0 olub. Skandinaviyalıların ən böyükhesablı məğlubiyyəti isə 2:14 olub. Komanda 1967-ci il avqustun 23-də Kopenhagendə Danimarkaya belə böyük fərqlə uduzub.

Azərbaycan millisinin ilk beynəlxalq oyunu 1992-ci il sentyabrın 17-də Gürcüstan seçməsinə qarşı olub. Gürcaanidə keçirilən görüşdə ev sahibləri 6:3 hesablı qələbə qazanıblar. Komandamızın ən böyükhesablı qələbəsi 4 top fərqi ilə olub. Millimiz 1999-cu ildə Lixtenşteynə 4:0, 2017-ci ildə isə San Marinoya 5:1 hesabı ilə qalib gəlib. Komandamız ən böyükhesablı məğlubiyyətini 1995-ci ildə səfərdə Fransadan alıb - 0:10.

ƏN ÇOX OYUN KEÇİRƏN 5 FUTBOLÇU

İslandiya millisi ən çox oyun keçirən Birkir Byarnasondur. O 2010-2022-ci illər arasında 113 oyun keçirib. Onu 107 oyunla Aron Qunnarsson (2008-...) izləyir. Sonrakı sıraları Runar Kristinsson (104 oyun - 1987-2004), Birkir Mar Sevarsson (103 oyun - 2007-2021) və Yohann Berq Qudmundsson (99 oyun - 2008-...) tutur.

Azərbaycan millisinin rekordçularına 111 oyunla Rəşad Sadıqov (2001-2017) başçılıq edir. İkinci sırada 81 oyunla Maksim Medvedevdir (2009-2022). 80 oyunla Aslan Kərimov (1994-2008) üçüncü sıradadır. Kamran Ağayev ( 79 oyun - 2008-2018) və Bədavi Hüseynov (78 oyun - 2012-...) növbəti sıralamalarda yer alıb.

ƏN ÇOX QOL VURAN 5 FUTBOLÇU

İslandiya millisinin ən çox qol vuran oyunçuları aşağıdakılardır:

1. Qulfi Siqurdsson 27 qol (2010–...)
2. Kolbeynn Siqtorsson 26 qol (2010–2021)
3. Eydur Qudyonsen 26 qol (1996–2016)
4. Alfred Finnboqason 18 qol (2010–2023)
5. Rikhardur Yonsson 17 qol (1947–1965)

Azərbaycan millisində fərqlənin oyunçuları isə aşağıdakılardır:

1. Emin Mahmudov 15 qol (2016-...)
2. Qurban Qurbanov 14 qol (1992-2005)
3. Ramil Şeydayev 10 qol (2016-...)
4. Vaqif Cavadov 9 qol (2006-2014)
5. Dmitri Nazarov 8 qol (2014-2022)

SON 5 OYUN

İslandiya

10.06.2025 Yoldaşlıq görüşü: Şimali İrlandiya - İslandiya 1:0
05.09.2025 DÇ-2026, seçmə mərhələ: İslandiya - Azərbaycan 5:0
09.09.2025 DÇ-2026, seçmə mərhələ: Fransa - İslandiya 2:1 Paris
10.10.2025 DÇ-2026, seçmə mərhələ: İslandiya - Ukrayna 3:5
13.10.2025 DÇ-2026, seçmə mərhələ: İslandiya - Fransa 2:2

Azərbaycan

10.06.2025 Yoldaşlıq görüşü: Azərbaycan - Macarıstan 1:2
05.09.2025 DÇ-2026, seçmə mərhələ: İslandiya - Azərbaycan 5:0
09.09.2025 DÇ-2026, seçmə mərhələ: Azərbaycan - Ukrayna 1:1
10.10.2025 DÇ-2026, seçmə mərhələ: Fransa - Azərbaycan 3:0
13.10.2025 DÇ-2026, seçmə mərhələ: Ukrayna - Azərbaycan 2:1

REYTİNQ

İslandiya millisi FIFA reytinqində hazırda 74-cü yerdədir. Ən yaxşı mövqeyi 2018-ci ilin fevral-mart aylarına təsadüf edir: 18-ci yer. Ən zəif mövqe isə 2012-ci ilin aprel-iyun ayalrında olub – 131-ci yer.

Azərbaycan millisi FIFA reytinqi hazırda 124-cü yerdə qərarlaşıb. Ən yaxşı mövqe 2014-cü ilin iyul ayında olub, 73-cü yer. Ən zəif sıralama isə 1994-cü ilin iyun ayına aiddir - 170-ci yer.

Qeyd edək ki, Azərbaycan - İslandiya oyunu 8-ci km qəsəbə stadionunda keçiriləcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Dünən, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Dünən, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Oxşar xəbərlər