Futbol üzrə Azərbaycanın U-21 millisi növbəti yoxlama oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığma təlim-məşq toplanışı çərçivəsində Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşır.
Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.
Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu milli iyunun 4-də Belarusla yoxlama matçında 1:3 hesabı ilə məğlub olub.
8 iyun
Yoxlama oyunu
20:00. Azərbaycan - Monteneqro 0:0
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İdman.biz