21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.
"Report" xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib.
"Sabah"ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.
Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.
Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
U-21-ə dəvət olunan futbolçularla tanış ola bilərsiniz:
Adı / Soyadı | Klubu | |
1 | Rəvan Mirzəmmədov | Sabah |
2 | Xəyal Fərzullayev | Sumqayıt |
3 | Həbib Hüşənov | Qəbələ |
4 | Səlim Həşimov | Zirə |
5 | Elgün Dünyamalıyev | Sabah |
6 | Raul Məmmədov | Mingəçevir |
7 | Nadir Orucov | Sumqayıt |
8 | Amin Rzayev | Qarabağ |
9 | İbrahim Ramazanov | Qəbələ |
10 | Ayxan Süleymanlı | Sumqayıt |
11 | Emin Rüstəmov | Səbail |
12 | Sənan Muradlı | Sumqayıt |
13 | Nuğay Rəşidov | Qəbələ |
14 | Rüfət Abbasov | Şamaxı |
15 | Hikmət Cəbrayılzadə | Qarabağ |
16 | İbrahim Hacı | Qarabağ |
17 | Dinamin Bağırov | Turan Tovuz |
18 | Elcan Əbilov | Neftçi |
19 | Şahin İbrahimov | Sabah |
20 | Murad Məmmədov | Neftçi |
21 | Nihad Əhmədzadə | Sumqayıt |
22 | Həsən Nəzərli | Ankaragücü (Türkiyə) |
23 | Edqar Adilxanov | Şamaxı |
24 | Emil Süleymanov | Qəbələ |
25 | Oruc Məmmədov | Səbail |
26 | Elcat Məmmədov | Baltika (Rusiya) |
27 | Sadiq Baqiyev | SKA Xabarovsk (Rusiya) |
28 | Sadiq Şəfiyev | Kəpəz |
29 | Nihat Mehrəliyev | Qarabağ |
30 | Ağadadaş Salyanskiy | Neftçi |