Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci matçını keçirəcək. Sport24.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Şimali İrlandiya ilə qarşılaşacaq.
Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Oyunu qazaxıstanlı referi Sayat Karabayev idarə edəcək.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu - 1:6.