Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
İdman.Biz xəbər verir ki, millimiz Maltanın Ta Qali şəhərində Malta ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə 14:00-da start götürəcək.
Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.