18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində ilk oyuna çıxıb.
"Report" xəbər verir ki, B qrupunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan 1:7 hesabı ilə uduzub.
Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilib.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.