top
Azərbaycan U-17 millisinə danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib Report.az
03 oktyabr 2025, 16:06
- ↺ +

Azərbaycan U-17 millisinə danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

AFFA-nın Kompleyens və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, UEFA-nın danışılmış oyunlarla mübarizə üzrə məsul şəxsi Naib Əsədov tərəfindən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirilib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təlim Milli Komandaların Təlim-Məşq Mərkəzində UEFA yarış qaydalarında müəyyən edilmiş format əsasında baş tutub.

Sessiyanın əvvəlində iştirakçıların bu sahədə mövcud biliklərinin yoxlanılması üçün qısa sual-cavab mərhələsi keçirilib. U-17-nin üzvlərinə futbolun əsas dəyərləri və dürüst oyun prinsipləri izah edilib, danışılmış oyunların anlayışı, bu əməllərin mahiyyəti və mümkün nəticələri barədə ətraflı məlumat verilib. Real hadisələr üzərindən müzakirələr aparılıb, statistik göstəricilər və videoçarxlar nümayiş etdirilib.

Təlim çərçivəsində həmçinin bir sıra mövzular izah olunub. Bunlar mərc fəaliyyəti və qanunsuz əməllərin riskləri, sanksiyalar və onların tətbiq mexanizmi, danışılmış oyunlarla bağlı AFFA İntizam Məcəlləsinə 2025/2026 futbol mövsümü üçün edilmiş dəyişikliklərin mahiyyətidir. Sessiyanın sonunda futbolçular mövzu ilə bağlı suallar verib, təlimçi tərəfindən cavablandırılıb.

AFFA Azərbaycan U-17 Təlim
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər