Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu - üçüncü matçına çıxacaq.
"Report" xəbər verir ki, IX qrupda yer alan komanda Rumıniya ilə üz-üzə gələcək.
G[rw. Fransanın Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, qrupda Fransa və İsrail milliləri 4 xalla müvafiq olaraq 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. Rumıniya 2 xalla üçüncüdür. Xalı olmayan U-17 sonuncu pillədə qərarlaşıb.