top
Azərbaycan U-16 millisi MDB Oyunlarında çempionluğa iddialıdır Report.az
23 sentyabr 2025, 15:41
- ↺ +

Azərbaycan U-16 millisi MDB Oyunlarında çempionluğa iddialıdır

Azərbaycanın futbol üzrə U-16 millisinin III MDB Oyunlarında hədəfi çempionluqdur.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Aqil Nəbiyev deyib.

Mütəxəssis komandanın fiziki durumu ilə bağlı sıxıntı yaşadıqlarını qabardıb:

"İlk dəfə qatıldığımız III MDB Oyunlarında hədəflərimiz var. Azərbaycanda oynayacağıq və çempion olmaq, millətimizi sevindirmək istəyirik. Təbii ki, bu çətindir. Milli üçün futbolçu seçimlərimiz geniş deyil. Bir neçə nəfər də aşağı yaş qrupundan dəvət etmişik. Ən böyük sıxıntımız futbolçuların fizki durumları ilə bağlıdır. Bəzi futbolçular məşqlərə gec qoşuldular. Məsələn, Gürcüstanla yoldaşlıq matçında qələbə qazansaq da, komandadan razı qalmamışdım. Çünki 35 dəqiqədən sonra yorulmuşdular. Bizdə liqalar yeni başlayıb. Başqa ölkələrdə isə çempionatlar artıq aylardır davam edir. Buna baxmayaraq, nələrsə etməyə çalışırıq. Sabah Bakıda məşqləri tamamlayıb Qəbələyə yola düşəcəyik. Sentyabrın 27-də ilk matçımızı keçirəcəyik. Rəqib haqında daha çox məlumat axtarışındayıq. Böyük ehtimalla eyni sistemlə çalışırlar. İlk oyunda qələbə qazanacağımıza ümid edirəm. Çünki qrupda ilk yeri tutan komandalar birbaşa finalda oynayacaqlar. Hər iki qrup maraqlıdır. Ümid edirəm ki, sonda sevinən tərəf biz olarıq".

A.Nəbiyev Asiyadan olan komandalar haqqında geniş məlumat toplaya bilmədiklərini deyib:

"Təbii ki, bir müddətdir bununla məşğul oluruq. Digər beş komanda barədə geniş məlumat toplamağa çalışmışıq. Amma əfsuslar olsun ki, Asiyadan olan komandalar haqqında material əldə edə bilmədik. Əvvəllər digər yaş qruplarımız istər Qırğızıstana, istərsə də Tacikistana qarşı oynayıblar. Onların ən üstün cəhətləri fiziki hazırlıqları, həmçinin döyüşkənlik, xarakter göstərmək, əzmkarlıqlarıdır. Təbii ki, hər iki qrupda çətin rəqiblər var. Tacikstanla Qırğızıstan son illərdə futbola yatırımlar ediblər. Müxtəlif yaş qruplarına mütəxəssislər, koordinatorlar dəvət ediblər və inkişaf istəyirlər".

Qeyd edək ki, III MDB Oyunları çərçivəsində Azərbaycanın U-16 millisi A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Azərbaycanın U-16 millisi III MDB Oyunları Aqil Nəbiyev
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər