top
Azərbaycan türklərinin mübarizə simvolu - ÇEMPİON Traktor Lent.az
03 may 2025, 10:45
- ↺ +

Azərbaycan türklərinin mübarizə simvolu - ÇEMPİON "Traktor"

Xəbər verdiyimiz kimi, Cənubi Azərbaycanın Təbriz şəhərini təmsil edən "Traktor-Sazi" klubu "Şəms Azər"lə qarşılaşmada 4 cavabsız qol vuraraq, ilk dəfə İran çempionu olub.

Lent.az Təbriz təmsilçisi haqqında ətraflı məlumatı təqdim edir:

"Traktor-Sazi" nə vaxt yaranıb?

1970-ci ildə Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodu nəzdində yaradılıb, 2011-ci ildən müstəqil klubdur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirib.

"Traktor"un tarixi

"Traktor" 1975-ci ildə İranın Təxticəmşid adlı birinci divizion çempionatına yüksəlib. Həmin il 16 klub arasında 16-cı yeri tutur və ikinci diviziona düşür. Ancaq "Traktor" klubu 1977-ci ildə yenə birinci diviziona yüksələ bilir və 5-ci yeri tutur. "Traktor" 1978/79 mövsümündə də TəxtiCəmşid çempionatında hazır idi və İran islam inqilabı baş verən zamanadək 9-cu yeri tuturdu. 1978-ci ildə İranın Federasiya çempionatında ilk dəfə bu yarışmalar keçirilirdi - ikinci yeri qazandı.

Klub İran islam inqilabından sonra

İran islam inqilabı və İran-İraq müharibəsi səbəbi ilə 1979-cu ildən 1988-ci ilədək iran futbol liqası bağlandı və təkcə əyalət çempionatları keçirilirdi. Bu zaman "Traktor" Təbriz liqasında oynayırdı. Bu dövrün son illərində rumıniyalı məşqçi Vasili Qoca klubun baş məşqçisi təyin olunur. Vasili Qoca Traktor komandasında köklü və əsasi işlər gördü və bu klubun təməl kumandalarına nəzarət etdi. Həmin işlər "Traktor"da böyük dəyişiklərə və uğurlu nailiyyətlərə səbəb oldu. "Traktor" 1992-ci ildə İranın Azadeqan adlı birinci divizionunda 3-cü oldu. Bu isə "Traktor"un İranın birnici divizionunda ən yaxşı nəticəsidir. 1994-cü ildə isə bir daha İranın Federasiya çempionatında (cami-hazfi) ikinci yeri qazandı. Klub 2000/01 mövsümündə Azadeqan liqasında sonuncu oldu. Ancaq 2001/02 mövsümünda İranın yüksək liqasının təməli qoyuldu və "Traktor" da bu çempionata qatıldı. Amma yenə də sonuncu yer tutduğu üçün aşağı liqaya düşdü. "Traktor" 7 il birinci divizionda qaldı və yüksək liqaya yüksələ bilmədi. Sonunda 2008/09 mövsümündə Fəraz Kəmalvəndin baş məşqçiliyi ilə "Traktor" İranın Xəlice-Fars adlı yüksək liqasının vəsiqəsini əldə etdi və yüksək liqaya qayıtdı.

"Traktor" azarkeşləri

"Traktor" azarkeşləri İran futbol klubları azarkeşləri arasında ən çılğınları sayılırlar. Buna görə də klub hər ildir ardıcıl olaraq 2009/10-dan sonrakı mövsümlərində ən çox tamaşaçısı olan komanda seçilib. "Traktor" klubunun prezidentinin dediklərinə görə, 2010-cu ildə bu klubun 482 min rəsmi azarkeşi olub. "Traktor"un qabaqlar stadionda və Təbrizdə sabit azarkeşləri var idi, amma indi digər vilayətlərdə də çoxlu azarkeşi var. Elə ki, Əlburz, Qəzvin, Qum, Həmədan, Tehran və Gilan kimi vilayətlərdə keçirilən oyunlarda stadionun yarıdan çoxun "Traktor" azarkeşləri doldurur. Bu şərait "Traktor"un keçmişdə yüksək liqada olduğu vəziyəti ilə bütünlüklə fərqli sayılır. İranda "Nəvəd" adlı televiziya verilişində "Traktor" azarkeşlərinə "İranın ən coşqun azarkeşləri" adı verildikdən sonra bu klubun azarkeşləri "Coşqunlar" ləqəbi ilə şəhərlərdə və idman dairələrində məşhurlaşdı. Bəziləri bu klubun azarkeşlərinin alqışlama tərzini Şərqi Asiya ölkələrinin azarkeşlərinə oxşadırlar. Hazırda klub İranda yaşayan Azərbaycan türklərinin kimlik mübarizəsinin simvollarından birinə çevrilib.

Klubun azarkeşləri sevimli komandalarına hətta səfər oyunlarında da rəqib komandanın stadionuna axışmaqla böyük dəstək olurlar. Təkcə əhalisinin 97 faizə qədəri Azərbaycan türkləri olan Təbrizdə deyil, paytaxt Tehran da daxil, ölkənin türk kökənli insanlarının yaşadığı bütün şəhərlərdə komandanın milyonlarla azarkeşi var. Xüsusilə, Tehranın "İstiqlal" və "Persepolis" futbol komandaları ilə səfər oyunlarında Tehranın 100 minlik stadionuna toplaşan azarkeşlərin ən azı yarısı "Traktor"u alqışlayır. İranda futbol stadionuna tamaşaçı toplamaq rekordu da "Traktor"a məxsusdur: İranın yüksək futbol liqasının oyunları çərçivəsində "Traktor"un Təbrizin doğma Səhənd stadionunda Şirazın "Muqavimət Sipası" komandasına qarşı keçirdiyi oyuna stadionun tutumundan daha artıq azarkeş gəlib. Bəzi mənbələrə görə sayı 110–150 min arası olan bu azarkeşlər öz doğma komandalarına hətta ətrafdakı təpələrin üzərinə çıxaraq azarkeşlik ediblər. 2011-ci ilin aprel ayında da Səhənd stadionunda "Traktor" və "Sepahan" arasındakı oyuna baxmağa gələn azarkeşlərin sayı stadiounun tutumundan çox olub və oyunun başlanmasına bir neçə saat qalmış Təbrizin radio və televiziyası azarkeşlərə stadionda boş yer olmadığına görə ora getməməyi məsləhət görüb. "Traktor" İran milli futbol çempionatının yüksək liqasının 2010–2011-ci il mövsümündə ən güclü azarkeş dəstəyinə malik komandası olub.[3]. Orta hesabla Təbrizin Səhənd stadionuna bu komandanın hər oyununa tamaşa etmək üçün 60000 azarkeş toplaşır.

"Traktor"un adı

Klub öz adını onun rəsmi sponsoru olan Təbrizin traktor istehsal edən zavodunun adından götürüb. İngiliscə "tractor" sözünə təbrizlilər öz ləhcələrində "tirəxtur" və ya "traxtur" deyirlər. Bu səbəbdən də azarkeşlər öz sevimli komandalarını məhz Təbriz ləhcəsi ilə alqışlayırlar. Hətta azarkeşlər israrla klubun adının fars dilinə uyğun şəkildə "Traktor" adlandırılmasına etiraz etmək için köynəklərinə və bayraqlarına "Tirəxtur" yaxud "Traxtur" yazırlar. Amma polislər azarkeşlərə əksər hallarda üzərinə bu cür yazılan yazılmış bayraqlar və köynəklərlə stadiona daxil olmağa imkan vermirlər.

Azarkeşlərin şüarları

"Traktor" azarkeşlərini bəzən İspaniyanın Kataloniya əyalətinin "Barselona" klubunun azarkeşləri ilə müqayisə edirlər. Katalan dili İspaniyada qadağan olunduqdan sonra "Barselona"nın azarkeşləri bu komandanın hər ev oyununda doğma "Kamp Nou" stadionuna axışaraq katalanca milli şüarlar səsləndirməyə başlayıblar. Hazırda İran türkləri də həm "Traktor"un, həm də Təbrizin digər futbol klublarının —"Şəhrdari" və "Göstəriş Polad" klubunun ev oyunlarında stadionlarda milli şüarlar səsləndirirlər. "Traktor"un qələbə qazanmasından və ya məğlub olmasından asılı olmayaraq onlar sevimli komandalarını alqışlayırlar. Hətta komanda öz qapısından top buraxanda belə stadionda "Eybi yox! Eybi yox" sədaları eşidilir. "Traktor" azarkeşlərinin tez-tez səsləndirdikləri bəzi şüarlar bunlardır:

•    Yaşasın Azərbaycan!
•    Yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı"
•    Azərbaycan var olsun, İstəməyən xar olsun!
•    Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!
•    Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!

Tehranda keçirilən oyunlarda bəzən Tehran klublarının azarkeşlərinin Azərbaycan türklərinə qarşı səsləndirdikləri irqçi şüarlara "Traktor" azarkeşlərinin verdikləri cavabın nəticəsində Təbriz komandası cəzalandırlıb və ev oyunlarının bir neçəsini azarkeş dəstəyi olmadan, tamaşaçısız stadionda keçirməli olub.

"Traktor" azarkeşləri həm Cənubi Azərbaycanın, həm də Azərbaycan Respublikasının problemlərini öz problemləri sayırlar. Stadionda əvvəllər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların ermənilər tərəfindən işğalına etiraz əlaməti olaraq tez-tez "Qarabağ bizimdir, bizim olacaq" şüarı səslənib. Əgər komandanın keçirdiyi oyunlar Qarabağda baş vermiş soyqırım günləri ilə üst-üstə düşürsə, şəhidlərin xatirəsi şüarlarla mütləq yad edilirdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq;

Futbol
Bu gün, 11:14

Neftçi futbolçu Sessi Dalmeyda: Messi ilə görüş tarixi bir an idi

Digər
Bu gün, 11:11

Azərbaycanın deflimpiyaçıları karate üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar

Futbol
Bu gün, 11:05

Barselona Alexandro Balde satmaq niyyətindədir;

Boks
Bu gün, 11:01

Azərbaycan U-23 boksçuları Türkiyə yığması ilə Avropa çempionatına hazırlıqda

Qarabağ FK
Bu gün, 11:00

Jali Muaddib Neftçi ilə razılaşdı, amma son anda Qarabağ'a transfer oldu

Futbol
Bu gün, 10:59

İkinci Liqada 9-cu turun ikinci oyun günündə iki qarşılaşma

Futbol
Bu gün, 10:43

Nyukasl Evertonu Yenidən Qarşılayacaq – Afisha

Futbol
Bu gün, 10:40

Paulo Fonseca "Lion" klubuna keçdi

Voleybol
Bu gün, 10:28

Azərbaycan Super Liqasının 2026/2027 mövsümündə qadın voleybolçuların başlanğıc tarixi 6 noyabr elan edildi

Futbol
Bu gün, 10:20

Bavariya Atleti­ko ilə oyunu buraxa bilər: Olise zədəsi

Futbol
Bu gün, 10:13

Liverpool sol cinahı gücləndirmək üçün beş namizədin transferini düşünür

Futbol
Bu gün, 10:00

Akinyemi: Neftçi çempionluğa hədəflənir, inamımız böyükdür

Futbol
Bu gün, 09:58

Balakən futbol klubu yenilənən stadionu tamamlamış – video

Futbol
Bu gün, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekordu qırdı

Futbol
Bu gün, 09:40

Kristal Pelas hücumçusu müqavilə uzadıla bilmədi

Futbol
Bu gün, 09:23

Arsenal'dan qovulan Harry Keyn Qızıl Topu qazandı

Futbol
Bu gün, 09:20

Hakerlər Corinthians saytını hücum etdilər, Lionel Messi transfer iddiası yayımladı

Olimpiada
Bu gün, 09:13

Məryəm Cavadova 100m sərbəst üzmə yarışına Dakar-2026-da başlayır

Futbol
Bu gün, 09:00

Sumqayıt "Şəfa" ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:43

150 milyon avro təklifinə baxmayaraq, Unai Simonun sadiqliyi

Futbol
Bu gün, 08:40

Tottenham qış transfer dövründə fransalı hücumçunu Krouppini komandaya qatmaq istəyir

Futbol
Bu gün, 08:28

Mançester Yunaytedin baş məşqçi vəzifəsi üçün namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:20

Paulo Fonseka “Sportinq” klubunun baş məşqçisinə təyin edildi

Oxşar xəbərlər