21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Şotlandiya oyununun təyinatları açıqlanıb.
"Report" xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Sayatu Karabaevu idarə edəcək.
Ona Yuri Tixonyuk ilə Yevgeni Belski kömək göstərəcək. Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Şotlandiya matçı oktyabrın 14-də, saat 19:00-da "Liv Bona Dea" arenada keçiriləcək.