Bu gün Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində mübarizəyə start verəcək.
İdman.Biz xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C Liqasının üçüncü qrupunda Şimali Makedoniya ilə qarşılaşacaq.
Görüş saat 15:00-da "Dalğa Arena"da keçiriləcək və oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Anna Adamskaya meydanda Yulia Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mixalina Dyakov yerinə yetirəcək.