top
Azərbaycan Premyer Liqası klublarının yay hazırlıq planları: Sorğu nəticələri Report.az
12 iyun 2025, 17:40
- ↺ +

Azərbaycan Premyer Liqası klublarının yay hazırlıq planları: Sorğu nəticələri

Hazırda istirahətdə olan Azərbaycan Premyer Liqası təmsilçilərindən bəzilərinin hazırlıq planları müəyyənləşib. Bir sıra komandaların təlim-məşq toplanışını ölkə xaricində keçəcəyi artıq dəqiqləşib. Hazırlıq üçün Azərbaycanı məkan seçənlər də var.

Bu barədə "Report"un sorğusuna 12 elita təmsilçisindən cavab verilib.

Anar Hacıyev, "Qarabağ"ın mətbuat katibi: "Toplanış iki mərhələdən ibarət olacaq. İlk mərhələ Bakıda, iyunun 18-dən iyulun 2-dək nəzərdə tutulub. Komandamız iyulun 2-dən 16-dək Avstriyada hazırlıq keçəcək. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək".

Asəf Zeynallı, "Neftçi"nin mətbuat katibi: "Hələ tarixlər tam dəqiqləşməyib. Ümumi olaraq deyə bilərəm ki, hazırlıq iki mərhələdən ibarət olacaq. Bu ayın sonunda Bakıda təlim-məşq toplanışına başlayacağıq. Daha sonra komanda ölkə xaricinə yollanacaq. Təbii ki, yoxlama görüşləri də olacaq. Bir neçə gün ərzində hazırlıq planı detallı şəkildə müəyyənləşəcək".

Elmar Abdullazadə, "Zirə"nin mətbuat katibi: "Hazırlığı Bakıda və Türkiyədə keçirəcəyik. Amma digər detallar hələ tam bəlli deyil. Plan tam müəyyənləşdikdən sonra ictimaiyyətə açıqlama veriləcək".

Zaur Xudiyev, "Sumqayıt"ın mətbuat katibi: "Təlim-məşq toplanışı ölkə xaricində olacaq, böyük ehtimalla Türkiyədə. Amma tarix və hansı bölgə olacağı hələ ki, bəlli deyil. Bəlli olanda rəsmən açıqlanacaq".

Süleyman Tağıyev, "Turan Tovuz"un mətbuat katibi: "Hazırda toplanışın planlaşdırılması prosesi gedir. Hazırlığın neçə hissədən ibarət və hansı ölkədə olacağı dəqiq deyil. Yaxın vaxtlarda bununla bağlı klub tərəfindən açıqlama veriləcək".

Mahal Məmmədov, "Araz-Naxçıvan"ın mətbuat katibi: "İyunun 14-də və 15-də tibbi müayinə olacaq. İyunun 16-dan iyulun 2-dək Bakıda, iyulun 3-dən 17-dək Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı nəzərdə tutulub. Türkiyəyə səfərin tarixində 2-3 gün fərq ola bilər. Türkiyədə 4 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblər və tarixlər barədə əlavə məlumat verəcəyik".

Yusif Hüseynov, "Şamaxı"nın mətbuat katibi: "Təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 5-də Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda avqustun 7-nə qədər davam edəcək. Hazırlıq zamanı 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Rəqiblər hələ bəlli deyil".

Adil Şükürov, "Kəpəz"in baş məşqçisi: "Tam olaraq heç nə məlum deyil. Heç rəhbərliklə də bu barədə müzakirə aparmamışıq. Qarşıdakı günlərdə bu barədə ətraflı danışacağıq".

Elnur Həmidov, "Sabah"ın mətbuat katibi: "Yaxın 2-3 gün ərzində bəlli olacaq. Hələ heç nə dəqiq deyil. Hazırlıq planı müəyyənləşdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Bəhruz Musayev, "Karvan"ın mətbuat katibi: "Yay hazırlıq planı iyunun 20-dən sonra bəlli olacaq. Komanda yay təlim-məşq toplanışını ölkə daxilində keçirəcək. Qəbələ və Quba şəhərlərini nəzərdən keçiririk".

Aqşin Mürsəlov, "İmişli"nin icraçı direktoru: "Qeyd etdiyiniz məsələlərə ən yaxın zamanda aydınlıq gələcək. Klubun idarə heyəti hələ qərar verməyib. Ona görə də bu sualları cavablaya bilməyəcəyəm".

Səbuhi Səfiyarlı, "Qəbələ"nin idman direktoru: "Hazılıq planı tam müəyyənləşməyib. İyunun 30-dan iyulun 14-nə qədər olacaq ilk mərhələni, çox güman ki, Qəbələdə keçirəcəyik. İyulun 17-si və ya 18-də ikinci mərhələ başlayacaq. Bu mərhələ də böyük ehtimalla Qəbələdə baş tutacaq. Çox az ehtimal da var ki, Tükiyəyə gedək".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi "Qarabağ" klubu olub. "Zirə" ikinci, "Araz-Naxçıvan" isə üçüncü pilləni tutub. Yeni mövsüm isə avqustun 15-də start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:31

Devlan Rays: "Harri Kein Qızıl top mükafatına şübhəsiz layiqdir"

Futbol
Bu gün, 04:27

Arda Turan: “İnter”ə 0:1 məğlubiyyətdən sonra daha yaxşı nəticəyə layiq idik

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Basketbol
Bu gün, 02:34

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 01:12

Fabregas: "Bəzi futbolçularımız üçün Çempionlar Liqasında cəmi üçüncü oyun"

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Futbol
Bu gün, 00:31

Manuel Neuer Çempionlar Liqasında üçüncü ən çox oyun keçirən futbolçu oldu

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Futbol
Dünən, 22:09

PSJ azarkeşlərinin mişarlı və 'qətliam' pankartı ilə UEFA-ya şikayəti

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Oxşar xəbərlər