top
Azərbaycan Premyer Liqası klubları qış transfer pəncərəsindən necə yararlanıblar? - SORĞU Report.az
14 fevral 2025, 15:10
- ↺ +

Azərbaycan Premyer Liqası klubları qış "transfer pəncərəsi"ndən necə yararlanıblar? - SORĞU

Cari mövsüm Misli Premyer Liqasında yanvarın 14-də açılan qış "transfer pəncərəsi" fevralın 10-da bağlandı. Bu müddət ərzində əksər klublar heyətlərini yerli və əcnəbi futbolçularla gücləndirdilər. Edilən transferlərin nə dərəcədə uğurlu olub-olmadığı isə müzakirə mövzusudur.

"Report" komandaların lazım olan mövqelərə hansı səviyyədə futbolçu cəlb etdiyini öyrənmək üçün Azərbaycanda fəaliyyət göstərən futbol agentlərinin fikirlərini öyrənib.

Vaqif Heydərli: "Hamıya bəllidir ki, klublar qış "transfer pəncərəsi"ndə yay mövsümünə nisbətən daha passiv olurlar. Klublarımız azad agent statusu daşıyan futbolçuları transfer etmək istəyirlər və bu işi daha da çətinləşdirir. Əksər çempionatlarda mövsüm yayda başa çatır. Futbolçuların da müqavilələrinin müddəti həmin vaxt bitir. Ən çox transferə ehtiyacı olanlar elitada qalmaq uğrunda mübarizə aparan kollektivlər idi. "Səbail", "Şamaxı", "Kəpəz" və hətta "Sumqayıt"ı bu siyahıya əlavə etmək olar. Adıçəkilən komandaların fəallığı nəzərə çarpırdı. Əlavə olaraq ortabab komandalardan "Sabah" və "Turan Tovuz"u da fərqləndirərdim. Xüsusi ilə tovuzluların yeni legionerləri diqqətdən qaçmadı. Digər klubların isə, düşünürəm ki, bir o qədər transferə ehtiyacı yox idi. Təbii ki, hər komanda heyətini yeniləmək və gücləndirmək istəyər. Lakin heyət genişdirsə və oyunçu sayı çoxdursa, bəzən buna qış fasiləsində bir o qədər ehtiyac qalmır. Yeni transferlər cəmi 1 aydır ki, komandalarında debüt ediblər. Təbii ki, bu da çox qısa müddətdir. Onların yeni kollektivlərinə necə faydalı olacağını zaman göstərəcək. Bəzən olur ki, əvvəllər yüksək səviyyədə çıxış edən futbolçular Premyer Liqada özlərini göstərə bilmirlər və yaxud əksi baş verir. Heç kimin gözləmədiyi oyunçu Premyer Liqada diqqət mərkəzinə düşür. Hazırda isə xüsusi seçilən futbolçu görmək mümkün deyil".

Erkin İbrahimov: "Düşünürəm ki, bu barədə danışmaq tezdir. Qışda gerçəkləşən transferlərdən hansının uğurlu alındığını barədə yalnız mayda fikir söyləyə bilərik. Lakin deyə bilərəm ki, hansı klub boşluq olan mövqeyi doldurmaq istəyirdisə, bunu bacardı. Nəzərə almalıyıq ki, Azərbaycana futbolçu gətirmək bir o qədər asan deyil. Hər futbolçunu Premyer Liqamızda oynamağa razı salmaq olmur. Hər komanda öz büdcəsinə uyğun futbolçuları heyətinə qatdı. "Zirə" isə futbolçu transfer etmədi. Heyətində oyunçu sayı çox olduğundan buna ehtiyac görmədilər. Əslində bu suala baş məşqçilər daha dəqiq cavab verə bilərlər. Çünki yeni transferlərin xidmətlərindən onlar yararlanırlar. Lakin mətbuat konfranslarında oyunçu qıtlığından şikayət edən baş məşqçiyə rast gəlmədim".

Ceyhun Sultanov: "Komandalar qış fasiləsində hazırlıqlara çox vaxt ayıra bilmədilər. Deyə bilərəm ki, inanılmaz dərəcədə gözoxşayan keçidə rast gəlmədik. Hər komanda öz büdcəsinə uyğun futolçu ilə anlaşdı. Yalnız "Zirə" transfer etmədi. Çünki artıq yay "transfer pəncərəsi"ndə heyəti formalaşdırmışdılar. "Neftçi" bəzi oyunçularla vidalaşıb, təxminən eyni səviyyədə olan futbolçularla müqavilə imzaladı. Komandalar ümumilikdə boş qalan mövqeləri doldurmağa çalışdılar və müəyyən qədər bunu bacardılar. Bəzi komandalar oldu ki, lazımi mövqelərə futbolçu almadılar. Tam fərqli mövqeyə oyunçu transfer etdilər. Ümumiyyətlə, qış fasiləsində bahalı transfer etmək düzgün deyil. Çünki mövsümün sonuna qədər həmin oyunçular Ronaldo və ya Messi səviyyəsində effekt verməyəcəklər. Məncə, bir oyunçu ilə nəyisə ciddi şəkildə dəyişmək mümkün deyil. Düşünürəm ki, hər komanda yay "transfer pəncərəsi"ndə güclü transferlər etməli və oturuşmuş heyət yığmalıdır. Qış fasiləsi müəyyən qədər yardımçı ola bilər".

Tural Əsgərov: "Yeni transferlərin özlərini necə göstərəcəyini zamanla biləcəyik. Bəlkə də hansısa oyunçunun adını və ya maliyyə məsələlərini müzakirə etmək olar. Ancaq hazırkı performansları barədə danışmaq tezdir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər