top
Azərbaycan millisinin sabiq qapıçısı: Nə vaxt mənə ehtiyac olsa, yığma üçün döyüşməyə hazıram - MÜSAHİBƏ Report.az
09 dekabr 2024, 15:20
- ↺ +

Azərbaycan millisinin sabiq qapıçısı: "Nə vaxt mənə ehtiyac olsa, yığma üçün "döyüşməyə" hazıram" - MÜSAHİBƏ

"Qəbələ"nin qapıçısı Səlahət Ağayev "Report"a müsahibə verib. O, komandasının I Liqadakı uğurlu çıxışından və Azərbaycan Kubokunun 1/8 finalında qarşılaşdıqları "Qarabağ"la oyundan danışıb. Azərbaycan millisinin sabiq qolkiperi I Liqa klubuna keçidinin səbəblərindən də danışıb.

- Azərbaycan Kubokunun 1/8 finalında "Qarabağ"a məğlub oldunuz. Oyun barədə nə deyə bilərsiniz?

- Düzdür, məğlub olduq. Lakin "Qarabağ" kimi komanda ilə qarşılaşmaq faydalıdır. Həm gücünü artırırsan, həm də öz gücünü göstərə bilirsən. Düşünürəm ki, həmin matçda yaxşı komanda olduğumuzu göstərə bildik.

- Görüşü yüksək səviyyədə keçirməyinizə baxmayaraq, sonda məğlub oldunuz. "Qəbələ"nin Azərbaycan Kubokunun püşkatması zamanı bəxtinin gətirmədiyini düşünürsünüz?

- Mərhələ adlamaq baxımından püşkün "Qarabağ"ı bizə rəqib etməsi yaxşı olmadı. Lakin dediyim kimi, güclü komandalarla qarşılaşmaq xeyrimizədir.

- Azərbaycan I Liqasında 8 tur ərzində məğlub olmayan və qol buraxmayan yeganə komanda "Qəbələ"dir. Komandanın uğurlu çıxışının sirri nədir?

- Məqsədimiz hər kəsə bəllidir. Yüksək nəticələr qazanaraq yenidən Premyer Liqaya qayıtmaq istəyirik. Komanda olaraq çox çalışırıq, əlimizdən gələn hər şeyi edirik. Yəqn ki, uğurlu çıxışın sirri də çox çalışmaqdadır. İnşallah, sona qədər bu tempdə davam edəcəyik.

- 8 tur ərzində qapınızın toxunulmazlığını qorumağınızı nə ilə əlaqələndirirsiniz? Müdafiəçilərin bu işdə köməyi çoxdur?

- Tam səmimi deyə bilərəm ki, qol buraxmamaq mənim üçün bir o qədər önəmli deyil. Əsas odur ki, komandam hər görüşü 3 xalla başa vursun. "Qəbələ" 8 tur ərzində qapısının toxunulmazlığını qoruyubsa, bunda komanda yoldaşlarımın da əziyyəti var

- Hər zaman Premyer Liqada iddialı klublarda çıxış etmiş və Azərbaycan millisinin üzvü olmuş qapıçının I Liqa klubuna keçidinin səbəbi nə idi?

- Komandanın baş məşqçisi Kaxaber Sxadadaze və kapitan Asif Məmmədovun bu keçiddə rolu önəmli idi. Asif mənə dedi ki, Kaxaber Sxadadze səni "Qəbələ"də görmək istəyir. Onlar mənə güvəndilər. Mən də öz növbəmdə təklif gələn kimi düşünmədən qəbul etdim. Çünki Sxadadzenin olduğu yerdə hər zaman güclü komanda formalaşıb və nəticələr yüksək olub.

- Bunu karyeranızda geriyə addım hesab etmirsiniz?

- Qətiyyən! Əksinə, doğru qərar qəbul etdiyimi düşünürəm. Müvəqqəti çətinlikdən sonra hər şey daha da yaxşı olacaq.

- "Qəbələ" I Liqanın çempionu kimi Premyer Liqaya vəsiqə qazansa, klubda qalacaqsınız?

- İndidən bu məsələlər barədə danışmaq tezdi. Hər şeyi gələcək göstərəcək.

- Səlahət Ağayevi qarşıdakı illərdə iddialı klublarda görə biləcəyik?

- Son iki sualınızın cavabını vermək çox tezdir. Birinci hədəfimiz "Qəbələ"ni Premyer Liqaya qaytarmaqdır. Daha sonra hər şey öz axarına düşəcək. Hər nə olacaqsa, xeyrimə olacağını düşünürəm.

- Hazırda Azərbaycan futbolunda yüksək səviyyəli qapıçı yetişməməsinin səbəbi nədir?

- Mənə elə gəlir ki, ölkəmizdə yaxşı, istedadlı qapıçılar var. Ancaq biz onları Premyer Liqada izləyə bilmirik. Çünki komanda sayı azdır. Belə olan halda həmin qapıçılar üzə çıxa bilmirlər.

- Azərbaycan millisinin sabiq qapıçısı kimi yığmanın uğursuz çıxışlarının səbəbini nədə görürsünüz?

- Kənardan nəsə demək çətindir. Ümid edirəm ki, pis günlər arxada qalacaq və növbəti yarışlarda komandamızın uğurlarına sevinə biləcəyik.

- Baş məşqçi Fernandu Santuşun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Fernandu Santuşun necə baş məşqçi olduğu hamıya bəllidir. Portuqaliya millisi ilə Avropa çempionu olarkən özünü sübut edib. Məncə, onun vaxta ehtiyacı var. Bir müddət sonra yığmamıza faydalı olacağını düşünürəm.

- Bu gün təklif gəlsə, özünüzü yığmanın qapısını qorumağa hazır hiss edirsiniz?

- Əlbəttə, hər bir futbolçunun arzusu milli komandada çıxış etməkdir. Nə vaxt mənə ehtiyac olsa, yığma üçün "döyüşməyə" hazıram. Hər zaman istəmişəm ki, Azərbaycan üçün faydalı idmançı olum. Yığma üçün oynamağa həmişə hazıram.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:40

Qatar hökuməti 'Parc des Princes' stadionunu 2 milyard avro ilə yenidən qura bilər

Qarabağ FK
Bu gün, 17:30

"Qarabağ"ın və Azərbaycan millisi İspaniyalı yarımmüdafiəçisi Riçard Almeyda Bakıya qayıdıb

Qarabağ FK
Bu gün, 17:21

"Qarabağ" FK: Oyun gününə fiziki bilet satışı olmayacaq, yararkeşlərdən əvvəlcədən onlayn bilet almaları xahiş olunur

Futbol
Bu gün, 17:20

I Liqada 7-ci tur başa çatdı: „Karvan-Yevlax“ 4:1 qalib gəldi, ümumilikdə 5 matç başa çatdı

Futbol
Bu gün, 17:17

Ronaldo Azərbaycan millisinə qarşı dubl etdi: Onun beynəlxalq karyerasındakı 13-cü və 14-cü qolları

Futbol
Bu gün, 17:14

“Ayın qolu” layihəsinin oktyabr ayı qalibləri bəlli oldu

Futbol
Bu gün, 17:08

Portuqaliya Milli Komandası Kriştianu Ronaldu üçün xüsusi vida tədbiri keçirməyi planlaşdırır

Qarabağ FK
Bu gün, 17:00

Aftandil Hacıyev: Uşaq futbolunda səviyyə fərqini azaltmaq üçün çempionat yanaşması dəyişdirilməlidir

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Oxşar xəbərlər