top
Azərbaycan millisinin sabiq məşqçisi: Çox məsuliyyətsiz, həvəssiz, istəksiz bir komanda gördük - MÜSAHİBƏ İdman.biz
21 noyabr 2024, 17:49
- ↺ +

Azərbaycan millisinin sabiq məşqçisi: "Çox məsuliyyətsiz, həvəssiz, istəksiz bir komanda gördük" - MÜSAHİBƏ

Azərbaycan yığmasının sabiq futbolçusu və məşqçisi Mahmud Qurbanov Report.az-a müsahibə verib. İdman.biz xəbər verir ki, mütəxəssis milli ilə bağlı fikirlərini bildirib, komandanın Millətlər Liqasının cari mövsümündəki nəticələrinə toxunub.

- İsveçlə matçı və ümumilikdə komandanın tsikldəki nəticələrini dəyərləndirərdiniz.

- Son oyunda komanda çox bərbad çıxış etdi. 5 müdafiəçi və 2 dayaq yarımmüdafiəçi ilə oynamağımıza baxmayaraq, rəqib cərimə meydançamıza asanlıqla daxil olur, top qəbul edirdilər. Hətta ilk hissədə cərimə meydançamızın daxilində dabanları ilə futbol oynayırdılar. 5 müdafiəçi ilə oynayasan, amma rəqib müqavimət görmədən cərimə meydançana daxil ola - bu, qəbuledilməzdir. Bəlkə də 90 dəqiqənin yarısını bu şəkildə oynadılar. Hücumların alınmaya bilər, amma müdafiədə bu cür çıxış etmək olmaz axı. Düzdür, qapıçımızın da səhvi var idi. Amma bəlkə də hesabın ikirəqəmli olmamasının səbəbkarı məhz qapıçı idi. Çox hallarda komandanı qoldan xilas etdi. Çox məsuliyyətsiz, həvəssiz, istəksiz bir komanda gördük. Açığı, bunu gözləmirdim.

- Bu komandanın Azərbaycanın müstəqillik tarixinin ən yaxşı yığması adlandırılmasına münasibətiniz necədir?

- Futboldan başı çıxmayanlar bu komandanı tariximizin ən yaxşı yığması adlandırırlar. Yaxşı nədir? D Liqasına düşmüşük, yığmanı necə tərifləyə bilərik? Bəzi oyunçular sanki 90 dəqiqənin bitməsini gözləyirdilər. İstək, aqressiya görünmürdü. Futbolçular başa düşmürlər ki, təkcə özləri üçün oynamalı deyillər. Biz Azərbaycanı təmsil edirik. Avropada bütün nəticələrə baxırlar. Rəqib güclü, keyfiyyətli ola bilər. Amma belə asanlıqla uduzmaq olmaz. "Tarixin ən yaxşı yığması" sözünü heç ağlımızdan da keçirməməliyik. Nə vaxtsa nəticə göstərsək, Avropa və ya dünya çempionatının final mərhələsinə vəsiqə qazansaq, o zaman danışa bilərik. Biz deyirdik ki, Skandinaviya ölkələri topla oynamaqda zəifdirlər. Amma İsveçin oyununa baxanda heç də belə düşünmək olmaz. Oyunçular topla necə davranırdılar, ötürmələr edirdilər - bunlar hamısı məktəbdir. Yığmamızda isə bunun əksini gördük.

- Millinin heyətində köklü dəyişikliklərə ehtiyac var?

- Bu, Azərbaycanın bir nömrəli yığmasıdır. Ustalıq yoxdursa, komanda ruhu olmalıdır, bu şəkildə mübarizə aparmalıyıq. Yığmanın oyunları 2-3 aydan bir olur. Yəni hər həftə oynamırlar. Ona görə də millinin formasında meydana çıxdınsa, hər şeyi unutmalısan, bütün gücünü qoymalısan, hətta artığını etməlisən. Əlbəttə, dəyişiklik lazımdır, labüddür. Bu il komandanın yaxşı çıxış edəcəyinə inamım var idi. Ancaq uğursuz olduq.


- Fernandu Santuşun işi haqda nə düşünürsünüz? Nəyisə dəyişmək istədiyi hiss olunur?

- Heç bir dəyişiklik yoxdur. Deyə bilərlər ki, vaxt azdır, oyunçuları tanımır. Hələ ki, heç bir yenilik yoxdur. Xəyallarla yaşayırıq, amma realist olmaq lazımdır. Millətlər Liqasında Estoniyanı udsaydıq, C Liqasında qala bilərdik. Şanslarımızı məhz Estoniya ilə oyunlarda itirdik.

- Bütün bunlara görə kimin yaxasından yapışmaq lazımdır?

- Futbolla məşğul olanların hamısının. Axtarsaq, çox günahkar tapa bilərik. Uduzanda çox problemlər olur. İndi kimə nə deyəsən ki? Hamı bir-birini günahkar hesab edəcək.

- Futbol veteranlarını da çox günahlandırırlar…

- Özüm barədə deyim ki, futboldan kənardayam və mənim üçün danışmaq asandır. Əslində belə deyil. Biz də camaat içinə çıxırıq. Hamı soruşur ki, futbolumuz niyə bu vəziyyətdədir? Belə sualları mənə də verirlər. Buna cavab vermək çətindir. Deyirlər ki, yığmada dəyişiklik lazımdır. Baxın, görün aşağıdan kimləri gətirmək mümkündür? Futbol oynayan çoxdur. Amma yaxşı futbolçularımız azdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər