top
Azərbaycan millisinin sabiq məşqçisi: “Elfsborqla matçda Qarabağ”ın şansını yüksək qiymətləndirirəm” Report.az
12 dekabr 2024, 15:11
- ↺ +

Azərbaycan millisinin sabiq məşqçisi: “Elfsborq"la matçda "Qarabağ”ın şansını yüksək qiymətləndirirəm”

"Qarabağ"ın şansını yüksək qiymətləndirirəm.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda qarşşılaşacağı "Elfsborq"la (İsveç) matçdan öncə şansları dəyərləndirərkən deyib.

Mütəxəssis Ağdam təmsilçisinin çox vacib oyuna çıxacağını deyib:

"Qarabağ"ın şansını yüksək qiymətləndirirəm. Çünki komanda dəfələrlə oxşar situasiyalarda azarkeşləri qələbə ilə sevindirib. Bu oyuna növbəti mərhələyə adlamaq üçün son şans kimi baxmaq lazımdır. Qazanılacaq 3 xal "Qarabağ"ın növbəti mərhələ şansını daha da artıracaq".

O, "Qarabağ"ın müdafiə xəttindəki problemləri qabardıb:

"Komandanı çətin oyun gözləyir. Hava, meydan, həmçinin azarkeş amili "Qarabağ"ın əleyhinə işləyə bilər. Lehinə olan məqamlardan biri isə İsveç çempionatının başa çatmasıdır. Bundan başqa, "Qarabağ"ın daha oturuşmuş heyəti var. Komanda həmçinin yaradıcılıq baxımından hücum planında keyfiyyətli oyunçulara malikdir.Onlar rəqib qapısı qarşısında təhlükə yarada bilirlər. Düşünürəm ki, "Elfsborq"la oyunda "Qarabağ" rəqibini əks-hücumlarda yaxalayıb qol vura bilər. "Qarabağ"ın hazırkı problemlərindən biri də müdafiə xətti ilə bağlıdır. İki əsas oyunçunun olmaması sözünü deyə bilər. Onları kimin əvəzləyəcəyini məşqçilər korpusu bilir. Komandanın oyun üslubu var və bunu heç vaxt dəyişmir. Çalışırlar ki, oyuna daha çox nəzarət etsinlər və qısa ötürmələrlə rəqib müdafiəsini yarsınlar".

A.Əsədov "Elfsborq"un atletik cəhətdən daha üstün olduğunu vurğulayıb:

"Elfsborq"un oyun üslubu "Qarabağ"ın bu mövsüm qarşılaşdığı İsveçin digər komandası "Malmö"dən fərqli ola bilər. Komandanın atletik cəhətdən daha çox üstünlüyü var. Bu mənada texniki baxımdan problemlər yaşaya bilərlər ki, "Qarabağ" bundan istifadə etmək imkanı qazanar. Digər İsveç komandası topla daha yaxşı oynayırdı. Ümid edək və inanaq ki, komanda səfərdən yaxşı nəticə ilə dönəcək".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:00

Aftandil Hacıyev: Uşaq futbolunda səviyyə fərqini azaltmaq üçün çempionat yanaşması dəyişdirilməlidir

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Oxşar xəbərlər