top
Azərbaycan millisinin sabiq futzalçısı: “5-10 il əvvəl İsveçi gəzə-gəzə udurduq” Report.az
18 dekabr 2024, 16:26
- ↺ +

Azərbaycan millisinin sabiq futzalçısı: “5-10 il əvvəl İsveçi gəzə-gəzə udurduq”

5-10 il əvvəl İsveçi gəzə-gəzə udurduqsa, bu gün onlar bizim üçün yaxşı komanda sayılır.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Rəcəb Fərəczadə AVRO-2026-nın əsas mərhələsində keçirilən İsveçlə oyunu dəyərləndirərkən deyib.

43 yaşlı mütəxəssis rəqibdən heç də yaxşı olmadığımızı vurğulayıb:

"Reallıq budur ki, İsveç yığmasından heç də yaxşı deyilik. 5-10 il əvvəl İsveçi gəzə-gəzə udurduqsa, bu gün onlar bizim üçün yaxşı komanda sayılır. Yığmada yaş baxımından balans yoxdur. Çox gənc və yaşlı futzalçılar var. 30-32 yaş aralığında olanlar yoxdur. Düşünürəm ki, bir neçə il də birlikdə oynasalar və əlavə uşaqlar cəlb edilsə, yaxşı komanda formalaşar. İndiki vəziyyətdə isə pley-offa çıxsaq, sevinməliyik".

O, baş məşqçi Vitali Borisovun üstünlük verdiyi taktika haqqında da fikirlərini bildirib:

"Vitali çox savadlı, ağıllı məşqçidir. İsveçin baş məşqçisi hesabda geridə olduqları üçün matç ərzində 5 oyunçulu sistemə keçirdi. İlk görüşdə Yunanıstana uduzduqlarına görə bizdən xal almağa çalışırdılar. Son şansları idi. Biz isə hesabda öndə idik və rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Bu alınmadığı üçün Vitali taktikanı dəyişdi. Baş məşqçi risk etdi, yaxşı ki, oyunun bitməsinə 2 saniyə qalmış qol vurdular. Belə vəziyyətlərdə oyunçuların keyfiyyəti əsas rol oynayır. Ümumilikdə ən sevindirici hal odur ki, yığma azərbaycanlı futbolçulardan təşkil olunub. Sadəcə, səbr etmək və hər birinə şans vermək lazımdır".

R.Fərəczadə yığmada keyfiyyətli oyunçuların olmamasını qabardıb:

"Ən çox çatışmayan cəhət keyfiyyətli oyunçuların olmamasıdır. Düzdür, uşaqlar qaçır, can qoyurlar. Bu baxımdan sıxıntı yoxdur. Amma məsələn, rəqib təzyiq edəndə rahat top saxlaya biləcək keyfiyyətdə oyunçular yoxdur. İsveç bir az pressinq tətbiq edən kimi topu irəli vururdular və ya itirirdilər. Vitali Borisov, demək olar ki, bizim 2010-2012-ci illərdə oynadığımız taktikaya üstünlük verirdi. Ciddi fərq görünmürdü. Halbuki həmin vaxtlarda biz təzyiq altından rahat çıxa bilirdik. Məşqçi lövhədə çox şeylər göstərə bilər. Ancaq onları icra edənlər olmalıdır. Uşaqları da qınamaq olmur, çünki təcrübələri yoxdur. Sağ olsunlar ki, sona qədər mübarizə aparıb, bərabərlik qolunu vurdular".

Keçmiş futzalçı yığmanın qrupdan çıxmaq şanslarına da toxunub:

"Xorvatiya millisini, ümumiyyətlə, müzakirə etmək lazım deyil. Fors-major hal baş verməsə, qrupda 99 faiz birinci olacaqlar. İsveç üzərində qələbə qazanmalı idik. Buna baxmayaraq, pley-off şanslarımız qalıb. Bildiyimə görə, yığma yanvarın 31-də Xorvatiya, üç gün sonra Yunanıstanla oynayacaq. Yunanıstanla oyun həlledici olacaq. Səfərdəki oyundan üç gün sonra Bakıda meydana çıxmalıdırlar. Yorğunluq olacaq. Bundan əlavə səfərdə Xorvatiya ilə oyunda elə taktikadan istifadə etməlidirlər ki, çox güc itirməsinlər və Bakıda Yunanıstandan xal ala bilək. Çətin olacaq, vaxt və futzalçılara təcrübə lazımdır".

Qeyd edək ki, ötən gün Bakı İdman Sarayında baş tutan Azərbaycan - İsveç görüşü 3:3 hesabı ilə yekunlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Oxşar xəbərlər