top
Azərbaycan millisinin sabiq futbolçusu: AFFA rəhbərliyi faydalı işlər görmək istəyir Report.az
06 fevral 2025, 16:10
- ↺ +

Azərbaycan millisinin sabiq futbolçusu: "AFFA rəhbərliyi faydalı işlər görmək istəyir"

AFFA rəhbərliyi faydalı işlər görmək istəyir.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Samir Əliyev Misli Premyer Liqasının 2025/2026 mövsümündə legioner limitinin ləğv olunacağına münasibət bildirərkən deyib.

Veteran hücumçu inkişafın uzunmüddətli proses olduğunu söyləyib:

"Müxtəlif fikirlər səsləndirilir, bunun faydalı olacağını və olmayacağını deyənlər var. Tam səmimi deyirəm, həqiqətən nəsə demək çətindir. Heç kim təminat verə bilməz ki, limitin ləğvindən sonra güclü rəqabət yaranacaq, futbolçular inkişaf edəcək, Avropaya yollanacaqlar. Bu, uzunmüddətli prosesdir. Qərarın nə dərəcədə vacib olduğunu deyə bilmərəm. Yəqin ki, qərar verənlər bunun Azərbaycan futboluna faydalı olacağını düşünüblər. AFFA rəhbərliyində dəyişikliklər olub, faydalı işlər görmək istəyirlər".

O, klubların futbolçu yetişdirməyə maraq göstərmədiyini qabardıb:

"Burada əsas problem limitlə yox, klubların strategiyası və yerli futbolçuların yetişdirilməsi, istedadların üzə çıxarılması ilə bağlıdır. Limit "7+4" şəklində olanda mən həmişə müsahibələrimdə futbolçuların öz klublarında oynamamasından gileylənirdim. Çünki futbolçuların oyun praktikası yox idi, matçlar zamanı bütün komponentlərdə rəqiblərdən geri qalırdılar. Bu, klubların gənc futbolçuları yetişdirməyə marağının olmamasından irəli gəlir. Klub maraq göstərmirsə, limitin olub-olmamasının faydası yoxdur".

S.Əliyev yerli futbolçuların qiymətinin süni şəkildə artması ilə bağlı fikirlərlə razılaşmır:

"Limit olanda bəziləri yerli futbolçuların qiymətinin süni şəkildə qalxdığını deyirdilər. Bu fikirlərlə razılaşmıram. Məgər ölkəyə gələn bütün legionerlər keyfiyyətlidir? Halbuki bəzi keyfiyyətsiz legionerlərə daha çox pul ödənilməsindən danışan yoxdur. Yerlilər də maaş almalıdır, pulsuz oynamamalıdır. Onsuz da legionerlərdən daha az qazanırlar. Amma azərbaycanlı futbolçularla eyni səviyyədə olanların daha çox maaş aldığını demirlər. Yenə də hər şeyi gələcək göstərəcək".

Qeyd edək ki, hazırda Premyer Liqada limit "7 legioner + 4 yerli futbolçu" şəklindədir. Fevralın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün böyük məbləğdə rüsum tətbiq olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər