top
Azərbaycan millisinin sabiq baş məşqçisi: Son oyunlar göstərdi ki, “Neftçi” əvvəlki əzəmətini qaytarır Report.az
17 fevral 2025, 13:46
- ↺ +

Azərbaycan millisinin sabiq baş məşqçisi: "Son oyunlar göstərdi ki, “Neftçi” əvvəlki əzəmətini qaytarır"

Son oyunlar göstərdi ki, "Neftçi" əvvəlki əzəmətini qaytarır.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, Azərbaycan millisinin və "Neftçi"nin sabiq baş məşqçisi Vaqif Sadıqov Misli Premyer Liqasının XXIII turunda baş tutan "Neftçi" - "Qarabağ" matçını dəyərləndirərkən deyib.

Mütəxəssis "Neftçi"nin oyuna daha fəal başladığını vurğulayıb:

"Əsl derbinin şahidi olduq. Hər iki komanda bizə futbol bayramı bəxş etdi. Onu da xüsusi qeyd etmək lazımdır ki, azarkeşsiz bayram olmur. Bunun da şahidi olduq. Stadion dolmuşdu. Futbola rəng qatan, bayramı gözəl edən azarkeşlərdir. "Neftçi" oyuna fəal və çox yaxşı başlamışdı. Fikrimcə, "Qarabağ"ın futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra "Neftçi" daha çox dominant futbol oynamağa çalışdı. Başqa çıxış yolu da qalmamışdı. Sona qədər bərabər səviyyəli oyunun şahidi olduq və nəticəyə təsir edən keyfiyyət ortaya çıxdı. "Qarabağ" keyfiyyətcə üstün olduğu üçün qələbə qazandı".

O, "Neftçi"nin əvvəlki əzəmətini qaytardığını bildirib:

"Gərgin və maraqlı oyun olacağını demişdim. Elə gözlənilən şəkildə də keçdi. Son oyunlar göstərdi ki, "Neftçi" əvvəlki əzəmətini qaytarır. Komanda ruhu, oyun intizamı var. Futbolçuların hər birini tanıyırıq. Son oyunlarda oturuşmuş heyət formalaşıb. Bu da önəmli amildir. Komanda doğma azarkeşlər önündə yaxşı futbol göstərməklə müsbət nəticə əldə etmək istəyirdi. "Neftçi"nin həmişə yüksək pillələr uğrunda mübarizə aparmasına öyrəşmişik. Komandanın çempionatın lideri "Qarabağ"la oyunda nəyə qadir olduğunu görmək çox maraqlı idi. Bundan əlavə, kubokda yoluna davam edən "Neftçi" belə rəqibə qarşı yaxşı oyun sərgiləməklə həm də psixoloji üstünlük əldə edir. Bu da istədikləri nəticəni qazanmaq üçün şansdır".

Qeyd edək ki, "Neftçi Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər