top
Azərbaycan millisinin keçmiş qapıçısı: Çempionatda “Qarabağ”la mübarizə apara biləcək komanda yoxdur Report.az
23 dekabr 2024, 17:29
- ↺ +

Azərbaycan millisinin keçmiş qapıçısı: "Çempionatda “Qarabağ”la mübarizə apara biləcək komanda yoxdur"

Çempionatda "Qarabağ"la mübarizə apara biləcək komanda yoxdur.

Bunu "Report"a açıqlamasında Azərbaycan yığmasının keçmiş qapıçısı Cahangir Həsənzadə Misli Premyer Liqasının qış fasiləsinə qədər olan hissəsini dəyərləndirərkən deyib.

O, "Araz-Naxçıvan"ın iddialılar sırasına qoşulduğunu söyləyib:

"Mövsümün başlanğıcı ilə sonrakı gedişatı bir qədər fərqli oldu. "Araz-Naxçıvan" çempionata ürəkaçan şəkildə başlamadı. Hətta xoşagəlməz məsələlər ortaya çıxdı. Buna baxmayaraq, Elmar Baxşıyev komandanı toparlaya bildi. Hazırda idialılar sırasındadırlar və avrokuboklara ən real namizədlərdən sayılırlar".

C.Həsənzadə sabiq komandası "Qarabağ"dan başqa rəqabətədavamlı ikinci klub olmadığını bildirib:

"Qarabağ", sözsüz ki, çempionatın ən güclüsüdür. Bir neçə ildir belə davam edirlər. İki "cəbhə"də döyüşmələrinə baxmayaraq, nəticələri qənaətbəxşdir. Mövsümün ilk yarısını zirvədə başa vurmaq onlar üçün çətin olmadı. Oyunçu baxımından zaman-zaman sıxıntılar yaşayıblar. Fərqli heyətlərə üstünlük verirlər, rotasiyalar edirlər. Keyfiyyət baxımından çox "axsadıqlarını" düşünmürəm. Çempionatda "Qarabağ"la mübarizə apara biləcək komanda yoxdur. Düzdür, bəzən qələbə qazana bilmirlər, amma bu sırf həmin günün nəticəsi ilə bağlıdır".

O, "Turan Tovuz"u mövsümün sürpriz komandası adlandırıb:

"Mövsümün sürpriz komandası kimi "Turan Tovuz"u qeyd edə bilərik. Əslində sürpriz də demək olmaz. Çünki mövsümün əvvəlində rəhbərlik iddialı, avrokuboklar üçün oynayacaq komanda formalaşdıracaqlarını bildirmişdi. Bu məqsədlə Kurban Berdıyevi dəvət etdilər. Mövsümün başlanğıcında dediklərinin əksinə, heyətə o qədər çox yeni futbolçu cəlb edilməsə də, nəticə baxımından sabit çıxış etdilər. Oyunları ilə hazırkı - üçüncü pilləni də haqq ediblər. "Zirə"nin qeyri-sabit oyununu qeyd edə bilərəm. Nəticələrə baxmayaraq, iddialılar sırasındadırlar. Düşünürəm ki, fasilədən sonra daha yaxşı oynayacaqlar. Rəşad Sadıqov komandanın üzərində işləyib, lazımi addımlar atacaq".

Hazırda AFFA-da texniki direktor kimi fəaliyyət göstərən mütəxəssis "Neftçi"nin durumuna da toxunub:

"Neftçi" ilə bağlı fikir söyləmək bir qədər çətindir. Kifayət qədər keyfiyyətli futbolçulara malikdirlər. Oyunçuların toparlanmasına nəsə mane olur. Öyrəşdiyimiz "Neftçi"ni təəssüf ki, görmürük. Hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşmaları heç də ürəkaçan deyil. Samir Abasov yeni gəlib. Öz dəsti-xətti ilə komandanı düzəltməyə çalışacaq. Məncə, qış "transfer pəncərəsi"ndə kifayət qədər fəal olmalıdırlar. Bu fəallıq keyfiyyətli futbolçularla tamamlanacaqsa, məncə, mövsümün qalan hissəsində fərqli "Neftçi" görmək mümkün olacaq. Əks halda Samir müəllimin işi çətin olacaq".

O, "Sabah"ın çıxışı haqqında düşüncələrini də bölüşüb:

"Sabah"da məşqçi dəyişikliyi həyata keçirildi. Çox güman, bunun səbəbi nəticələrin ürəkaçan olmamasıdır. Dəyişiklik ərəfəsində futbolçuların yanaşması da müxtəlif olur. Yeni məşqçi gələndə futbolçular zaman-zaman yaxşı oyun sərgiləyirlər. Yeni məşqçinin dəst-xəttini anlamaq üçün futbolçulara da vaxt lazımdır. Düşünürəm ki, Vasili Berezutski "Sabah"ı götürəndə nəyə qadir ola biləcəklərini, heyəti təhlil edib. Düzdür, ilk oyunlarda pozitiv nəticələrə nail oldu. Ötən tur isə "Şamaxı"ya uduzdular. Oyunçuların baş məşqçinin üslubuna öyrəşməsi üçün vaxt lazımdır. Hələ ki, Berezutski bütün futbolçuların potensialı ilə yaxından tanış olmağa çalışır. Qeyri-adi addımlar atdığını hələ ki, göstərmir. Qısa zamanda böyük dəyişikliklər inandırıcı deyil".

C.Həsənzadə mövsümün sonunda "Qarabağ"ın çempionluğunun daha çox gözlənilən olduğunu vurğulayıb:

"Çempionluq uğrunda mübarizədə "Araz-Naxçıvan"ın nəzəri cəhətdən şansı var. Mövsümün ikinci yarısında həyata keçiriləcək müsbət dəyişikliklərdən çox şey asılıdır. Amma məncə, "Qarabağ"ın çempionluğu daha gözləniləndir. Komandanın formalaşmış oyun üslubu var".

Qeyd edək ki, Misli Premyer Liqasında XIX turu 2025-ci il yanvarın 17-19-da ba. tutacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Oxşar xəbərlər