top
Azərbaycan millisinin futzalçısı: “Yunanıstanla matça hər cəhətdən hazırıq” Report.az
03 fevral 2025, 17:38
- ↺ +

Azərbaycan millisinin futzalçısı: “Yunanıstanla matça hər cəhətdən hazırıq”

Yunanıstanla matça hər cəhətdən hazırıq.

Bunu "Report"a açıqlamasında Azərbaycan futzal millisinin üzvü Tofiq Mikayılov AVRO-2026-nın əsas mərhələsində sabah baş tutacaq Yunanıstanla oyundan öncə danışarkən deyib.

O, azarkeşləri sevindirməyə çalışacaqlarını bildirib:

"Baş məşqçi uşaqlarla danışıb, səhvlərimizi izah edib. Növbəti oyunda nəyə diqqət yetirməli olduğumuzu deyib. İki gündür bu görüşə hazırlığı davam etdiririk. Matça hər cəhətdən hazırıq. Turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaq üçün Yunanıstanla oyunda qələbə qazanmaq vacibdir. Azarkeşləri həm baxımlı oyun, həm də qələbə ilə sevindirməyə çalışacağıq".

O, bir neçə gün öncə səfərdə Xorvatiya millisinə 2:9 hesabı ilə uduzduqları görüşə də toxunub:

"Hesab oyuna görə olmadı. Çox bəsit səhvlərdən qollar buraxdıq. Özümüz də bir neçə qol vəziyyətindən istifadə edə bilmədik. Amma komanda şəklində bu durumdan cıxacağıq. Yunanıstanla görüş də çətin keçəcək. Doğma məkanda oynayacağıq. Azarkeşlərə səslənirəm ki, zala gəlsinlər və dəstəklərini əsirgəməsinlər".

38 yaşlı futzalçı hər kəsin qələbəyə kökləndiyini vurğulayıb:

"Rəqibi kiçiltmək olmaz. Əvvəllər zəif hesab olunan komandalar bu gün futzalda müsbət nəticələr qazanmaqla seçilirlər. Başa düşürük, yunanlar da meydana qələbə üçün çıxacaqlar. Yaxşı oyun olacaq, amma komandamız qələbə qazanmalıdır. Başqa yolumuz yoxdur, komanda daxilində hər kəs qələbəyə köklənib".

Qeyd edək ki, yığma AVRO-2026-nın əsas mərhələsində fevralın 4-də Bakıda Yunanıstanı qəbul edəcək. Oyun Bakı İdman Sarayında, saat 20:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər