top
Azərbaycan millisinin futzalçısı: "Xorvatiya ilə oyunda uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq" Report.az
31 yanvar 2025, 11:35
- +

Azərbaycan millisinin futzalçısı: "Xorvatiya ilə oyunda uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq"

Əl-ələ verib uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq.

"Report" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Fərid Atakişiyev deyib.

Federasiyanın mətbuat xidmətinə açıqlama verən təcrübəli futzalçı bu gün səfərdə qarşılaşacaqları Xorvatiya ilə oyunun çətin keçəcəyini bildirib:

"Artıq 4 gündür bu oyunun hazırlığını davam etdiririk. Bakıdakı 2 günlük məşqlərdən sonra son iki məşqimizi Pula şəhərində reallaşdırdıq. Təbii ki, səfərə erkən yollanmağımız zala yaxşı bələd olmaq və vaxta uyğunlaşmaq baxımından vacib idi. Bu cür oyuna hazırlaşmaq üçün 4 gün az olsa da, maksimum istifadə etməyə çalışdıq. Komanda olaraq istəkliyik. Əlbəttə, bilirik ki, bizi ağır oyun gözləyir. Xorvatiya millisi həmişə öz dəsti-xətti ilə seçilib. Güclü, iddialı rəqibdir, qrupun favoritidir".

O, növbəti oyunla bağlı da fikirlərini bölüşüb:

"Bu görüşdən sonra Bakıda Yunanıstanla qarşılaşacağıq. Son illər inkişaf edən Yunanıstan millisi seçmə məthələyə iddialı başlayıb. İlk oyunda səfərdə İsveçi məğlub etmələri bunun göstəricisidir. Təbii ki, Bakıdakı görüş fərqli olacaq. Amma hazırda bütün diqqətimizi Xorvatiya ilə oyuna yönəltmişik. Rəqib komandanı məşqçilər korpusu təhlil edib. Zəif, istifadə edə biləcəyimiz cəhətlərini deyiblər. Heyətimizdə həm gənc, həm də təcrübəli futzalçılar var. Əl-ələ verib uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq. Komandamızın tam formalaşması üçün zamana ehtiyac var. Hər şey yaxşı olacaq".

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu Pula şəhərində, Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. V qrupda yer alan millimiz daha əvvəl Bakı İdman Sarayında İsveçlə heç-heçə edib - 3:3.

Rəylər (0)

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:30

"Liverpul"un məğlubiyyəti Salahı ağlatdı

Futzal
Bu gün, 08:00

Millimiz məğlub oldu, Vitali Borisov oyundan razı qaldı

Futbol
Bu gün, 07:12

PSJ "lotoreya"da üstün oldu, alman duelində "Bavariya" sevindi

Futbol
Bu gün, 07:10

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Digər
Bu gün, 02:53

UEFA ÇL: PSJ-dən əzmkar qələbə

Futbol
Bu gün, 02:53

UEFA Çempionlar Liqası: "Barselona", PSJ, və “Bavariya” 1/4 finala adlayıb

Futbol
Dünən, 23:14

Minifutbol üzrə Azərbaycan çempionatının ən güclü komandaları və oyunçuları mükafatlandırılıb

Futbol
Dünən, 23:08

“Birbaşa Bakı” çempion oldu

Digər
Dünən, 23:06

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb

Futzal
Dünən, 22:55

Millimiz Yunanıstanda uduzub

Futbol
Dünən, 22:39

"Birbaşa Bakı"nın baş məşqçisi: "Çempionluq olduqca xoş hissdir"

Digər
Dünən, 22:35

AVRO-2026: Azərbaycanın futzal millisi Yunanıstan seçməsinə məğlub olub

Basketbol
Dünən, 22:25

Azərbaycan kuboku: NTD və “Naxçıvan” yarımfinalda

Futbol
Dünən, 21:56

İngiltərə nəhənglərinin diqqətini çəkdi

Digər
Dünən, 21:39

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib

Futbol
Dünən, 21:26

Arteta seçim edə bilmədi

Futbol
Dünən, 21:05

Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli olub

Basketbol
Dünən, 20:57

Tahir Baxşıyev: "Şəki"dən daha yaxşı oyun gözləyirdim"

Futbol
Dünən, 20:27

II liqada meydan sahiblərinin günü

Futbol
Dünən, 19:58

"Fənərbaxça"nın 1/8 final oyununun hakimi müəyyənləşdi

Digər
Dünən, 19:32

Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı

Digər
Dünən, 19:28

"Şəki"nin baş məşqçisi: "2 yerli basketbolçu ilə oynamaq bizim üçün çətin oldu"

Digər
Dünən, 19:28

Varnada məğlubiyyət

Futbol
Dünən, 18:59

Ruslan Qurbanovun cəzası azaldıldı

Oxşar xəbərlər