top
Azərbaycan millisinin futzalçısı: Səhvlərdən nəticə çıxarmışdıq Report.az
28 mart 2025, 09:35
- +

Azərbaycan millisinin futzalçısı: "Səhvlərdən nəticə çıxarmışdıq"

Əvvəlki qarşılaşmadakı səhvlərdən nəticə çıxarmışdıq.

"Report" xəbər verir ki, bunu 19 yaşadək futzalçılardan ibarət millisinin üzvü Fariz Hüseynov deyib.

O, Avropa çempionatının əsas mərhələsində meydan sahibləri Xorvatiya yığması ilə heç-heçə etdikləri (3:3) oyunla bağlı fikirlərini bölüşüb:

"İlk görüşdə Bosniya və Herseqovina ilə üz-üzə gəldik. Onların güclü olduğunu bilirdik. Müdafiədə daha diqqətli oynamalı, topa sahib olduqda isə sürətli hücumlar qurmalı idik. Ancaq erkən qollar buraxdıq. Bundan sonra toparlanmaq çətin oldu və böyükhesablı məğlubiyyətlə üzləşdik".

F. Hüseynov Xorvatiya seçməsi ilə matçda daha yaxşı və inamlı oynadıqlarını söyləyib:

"Bosniya və Herseqovina ilə görüşdəki səhvlərdən nəticə çıxarmışdıq. Həm də Xorvatiyanın Türkiyəyə qarşı keçirdiyi oyunu da zalda izləmişdik. Rəqibimizi əyani görmüşdük. Çalışdıq səhvləri təkrarlamayaq, əksinə, düzəldək. Bunu bacardıq. Xorvatiyadan heç də zəif oynamadıq".

Futzalçı sözügedən qarşılaşmada fərqlənməsi ilə bağlı da danışıb:

"Əlbəttə, sevindirici məqamdır. Üstəlik bu qolu Xorvatiya kimi güclü rəqibin qapısına vurursansa, iki qat sevinc olur. Heyifslənirik ona görə ki, qələbəni əldən verdik. Oyunun böyük hissəsini hesabda üstün keçirdik. Sona 12 saniyə qalmış qol buraxsaq da, ruhdan düşmədik, sona qədər mübarizə apardıq və heç-heçə qolunu vurduq. Qələbə də qazana bilərdik. Bu oyunlar bizim üçün əvəzsiz təcrübədir. Qarşıda bir görüşümüz qalıb. Türkiyə millisi qrupun sürpriz nəticə qazana kollektividir. Qardaş ölkənin yığması ilə də sona qədər mübarizə aparacağıq. Bu matça hazırlaşmaq üçün 1 gün vaxtımız olacaq. Çalışacağıq ki, bu mərhələdə ilk qələbəmizi qazanaq".

Qetd edək ki, U-19 qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 21:27

Azərbaycan yunan‑Roma güləşi millisinin növbəti təlim‑məşq toplanışı başlayır

Futbol
Bu gün, 21:10

Sumqayıt 1+2 illik müqavilə ilə Burkina Faso millisinin üzvü Mamadi Banqreyi transfer etdi

Futbol
Bu gün, 21:05

Fərid Namazov: “Neftçi” matçda dominant oynadı, ancaq qalib gəlmədi

Futbol
Bu gün, 19:17

İmişli, “Neftçi”ni 3:2 hesabına məğlub etdi

Futbol
Bu gün, 17:18

Azərbaycanda Litva-macının biletləri onlayn satışa çıxarıldı

Futbol
Bu gün, 15:26

“Sabah” Çempionlar Liqası debüt matçında 11 fərqli assosiasiyanı təmsil edən ilk klub oldu

Futbol
Bu gün, 06:34

Harry Kane Çempionlar Liqasında 10-cu sıraya çıxdı

Futbol
Bu gün, 06:19

“Sabah” Çempionlar Liqasının ilk turunda 0:4 məğlubiyyəti və 34‑cü yer

Futbol
Bu gün, 05:47

UEFA Çempionlar Liqasının ilk turunun həftə oyunçusu üçün dörd namizəd – Rafinya, Ferran Torres, Mark Bartra, Ermedin Demiroviç

Futbol
Bu gün, 04:30

Aziz Yıldırım: “İsmail Kartal istefasına baxmayaraq işini davam etdirəcək”

Futbol
Bu gün, 02:14

Manchester United baş məşqçisi Michael Carrick: “Sabah” güclü komandadır

Futbol
Bu gün, 01:36

Benyamin Şeşko: Sabah qapıçısının irəli çıxması qol üçün əlverişli şərait yaratdı

Futbol
Dünən, 23:57

Chelsea, Barcelona gənc futbolçusu Mark Bernalın transferi üçün mübarizə aparır

Futbol
Dünən, 23:20

Rafael Vieqaş yenidən “İmişli”də imza imzaladı

Futbol
Dünən, 23:00

Elhad Nəziri Gəncəbasarın Xankəndi üzərindəki 2:1 qələbəsini şərh etdi

Futbol
Dünən, 21:26

“Sabah”ın keçmiş məşqçisi Murad Musayevə RPL‑in iyul‑avqust aylarının ən yaxşı məşqçisi mükafatı verildi

Futbol
Dünən, 21:01

Turan Tovuz Aleksa Yankoviçü 3 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 20:50

"Zirə" futbol klubu Mərakeşli müdafiəçi Mehdi Mişahşahı 3 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 17:06

Kəpəz kapitanı Dioqo Verdaskanın sağ bud əzələsində yırtıq – 6 həftə müalicə;

Futbol
Dünən, 16:00

“Mançester Yunayted” əfsanəsi Paul Scholes “Sabah” qarşısında komandası üzərində tənqidini bildirdi

Futbol
Dünən, 15:37

“Kəpəz” – “Qəbələ” matçına 3500 bilet satılıb

Basketbol
Dünən, 12:23

“Neftçi” basketbol komandası Aleksa Stepanoviçlə mövsüm sonuna qədər müqavilə imzalayıb

Futbol
Dünən, 01:20

Coy-Lens Mikels: Çempionlar Liqasının ilk oyununda öz futbolumuzu dünya ilə paylaşmaq istəyirik

Futbol
Dünən, 01:03

Qalatasaray məğlub oldu, PSJ 6-1 qələbə ilə qol şousu etdi

Oxşar xəbərlər