top
Azərbaycan millisinin futzalçısı: “Cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq Report.az
12 mart 2025, 10:59
- +

Azərbaycan millisinin futzalçısı: “Cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq"

Təəssüf ki, cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq.

"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Tofiq Mkayılov AVRO-2026-nın əsas mərhələsində ötən gün baş tutan Yunanıstanla matçı dəyərləndirərkən deyib.

Təcrübəli futzalçı matça yaxşı hazırlaşdıqlarını söyləyib:

"Qələbə qazanmaq istəyirdik. Düzdür, start yaxşı alınmadı, erkən qol buraxdıq. Ancaq sonra oyuna nəzarət tamamilə komandamızda idi. Hətta görüşün statistikasına baxsaq, rəqibin qapımıza 4 zərbə endirdiyini görərik. Bu göstərici hansı üstünlüyə sahib olduğumuza işarədir. Komanda olaraq yaxşı oynadıq, təəssüf ki, kobud səhvlər buraxdıq. Rəqib, demək olar ki, hər səhvdən yararlandı. Biz isə çoxsaylı qol epizodlarını məntiqi sonluğa çatdıra bilmədik".

O, məğlubiyyətə baxmayaraq, rəqibdən üstün oyun nümayiş etdirdiklərini bildirib:

"Razıyam, tarixdə nəticə qalır, matç başa çatdıqdan sonra azarkeş tablodakı hesaba baxır. Üç xalı da həmin qələbə sayəsində hesabına yazdırırsan. Yəni biri var pis oynayıb uduzursan, bu qanunauyğunluqdur, insanı yandırmır. Biz isə yaxşı oynadıq, hətta bu komandaya qarşı Bakıdakı duellə müqayisədə üstün oyun nümayiş etdirdik. Təəssüf ki, cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq. Qarşıda iki oyunumuz var, amma pley-offa yüksəlmək şansımız qalmayıb. İndi reytinq xalları toplamaq üçün mütləq qələbə qazanmalıyıq. Heyətimizdə gənclər var, bu cür oyunlarda "bişirlər".

Qeyd edək ki, Afinada baş tutan Yunanıstan - Azərbaycan matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Vitali Borisovun rəhbərlik etdiyi komanda pley-off şanslarını itirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:28

Luis Holl “Nyukasl” ilə uzunmüddətli müqavilə imzaladı

Futbol
Bu gün, 05:39

Neymar 2 milyon avroluq FIFA qadağasını aradan qaldırmaq üçün Santos klubuna kömək etdi

Futbol
Bu gün, 04:31

Joao Pedro avqust ayı üçün İngiltərə Premyer Liqasında ən yaxşı futbolçu seçildi

Güləş
Dünən, 21:27

Azərbaycan yunan‑Roma güləşi millisinin növbəti təlim‑məşq toplanışı başlayır

Digər
Dünən, 21:19

Elit Polo Club yarımfinala yüksəldi – Sea Breeze 2026 beynəlxalq çimərlik polosu turniri

Futbol
Dünən, 21:10

Sumqayıt 1+2 illik müqavilə ilə Burkina Faso millisinin üzvü Mamadi Banqreyi transfer etdi

Futbol
Dünən, 21:05

Fərid Namazov: “Neftçi” matçda dominant oynadı, ancaq qalib gəlmədi

Futbol
Dünən, 20:21

Vernidub: “Müdafiə çox yersiz iki qol buraxdı, buna görə narahatıq”

Futbol
Dünən, 19:48

Barcelonanın Alvares transferi üçün iki oyunçu ilə yolları ayırması mümkündür

Futbol
Dünən, 19:17

İmişli, “Neftçi”ni 3:2 hesabına məğlub etdi

Futbol
Dünən, 18:00

Maaş tələbləri səbəbindən Neftçi Azarkanın transferini rədd etdi

Futbol
Dünən, 17:18

Azərbaycanda Litva-macının biletləri onlayn satışa çıxarıldı

Qarabağ FK
Dünən, 17:00

Kiyev “Dinamo” Edvard İordaneskuya 3 illik müqavilə təklif edib

Futbol
Dünən, 15:53

Tibo Kurtua Real Madrid ilə müqaviləsini uzatmaq üçün razılaşdı

Futbol
Dünən, 15:26

“Sabah” Çempionlar Liqası debüt matçında 11 fərqli assosiasiyanı təmsil edən ilk klub oldu

Minifutbol
Dünən, 15:01

“Buxar Sumqayıt” minifutbol komandası Avropa Kubokunun G qrupunda üç rəqib ilə qarşılaşacaq

Boks
Dünən, 12:52

Azərbaycanda 23 yaşadək boksçular Qazaxıstanın Aktau şəhərində beynəlxalq turnirə çıxacaq

Minifutbol
Dünən, 12:35

Çexiya yığması Gürcüstanla yoldaşlıq matçını 2-2 hesabı ilə başa çatdırdı

Futbol
Dünən, 06:34

Harry Kane Çempionlar Liqasında 10-cu sıraya çıxdı

Futbol
Dünən, 06:19

“Sabah” Çempionlar Liqasının ilk turunda 0:4 məğlubiyyəti və 34‑cü yer

Futbol
Dünən, 05:47

UEFA Çempionlar Liqasının ilk turunun həftə oyunçusu üçün dörd namizəd – Rafinya, Ferran Torres, Mark Bartra, Ermedin Demiroviç

Futbol
Dünən, 04:30

Aziz Yıldırım: “İsmail Kartal istefasına baxmayaraq işini davam etdirəcək”

Futbol
Dünən, 02:14

Manchester United baş məşqçisi Michael Carrick: “Sabah” güclü komandadır

Futbol
Dünən, 01:36

Benyamin Şeşko: Sabah qapıçısının irəli çıxması qol üçün əlverişli şərait yaratdı

Oxşar xəbərlər