top
Azərbaycan millisinin futzalçısı: “Avropa çempionatı bizə böyük təcrübə qazandırdı” Report.az
01 aprel 2025, 11:11
- +

Azərbaycan millisinin futzalçısı: “Avropa çempionatı bizə böyük təcrübə qazandırdı”

Avropa çempionatı bizə böyük təcrübə qazandırdı.

"Report" xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin üzvü Ədalət Ələkbərov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

O, Avropa çempionatının əsas mərhələsindəki nəticələri dəyərləndirib:

"Bizim üçün maraqlı turnir oldu. Rəqiblərimiz də Avropada seçilən komandalar idi. Çalışdıq oyunlara tam motivasiya, məsuliyyətlə çıxaq. Ancaq təcrübəsizlik sözünü dedi. İlk oyuna çox uğursuz start verdik. Halbuki Bosniya və Herseqovinaya həmin hesabla uduzmağa layiq deyildik. Əvəzində toparlandıq, ertəsi gün qrupun əsas favoriti hesab edilən Xorvatiyaya qarşı daha yaxşı oynadıq. Görüş heç-heçə başa çatsa da, qələbə qazana bilərdik. Bəlkə də Bosniya və Herseqovinaya qarşı da belə mübarizə aparsaydıq, meydanı xalla tərk edə bilərdik. Görünür, turnirin həyəcanı, erkən qol buraxmağımız fərqin böyüməsinə səbəb oldu. Son görüşümüz qardaş Türkiyə yığmasına qarşı oldu. Bu matç da kifayət qədər gərgin keçdi. Uduzsaq da, rəqib 3 xalı çətinliklə qazandı. Qrupun sürpriz komandası idi. Türkiyə ilə oyunda qaçırdığım epizodları düzgün dəyərləndirə bilsəydim, qələbə qazanardıq. Turnir bizə böyük təcrübə qazandırdı. Oyunlar göstərdi ki, istənilən rəqiblə mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür".

Komandanın seçmə mərhələdə vurduğu 5 qoldan üçünün müəllifi olan hücumçu nəticələrdən dərs çıxardıqlarını söyləyib:

"U-19-un ümumi çıxışı barədə danışsaq, ilkin mərhələdən başladıq. San Marinoda təşkil olunan qrup oyunlarında Kosovo favorit göstərilirdi. Ancaq onlara qalib gəlməklə əsas mərhələyə doğru böyük addım atmış olduq. Təəssüf ki, bu görüşdəki nəticə San Marino önünə bir qədər arxayın çıxmağımıza səbəb oldu. Hər şeyə rəğmən, ilk dəfə mərhələ adladıq. Əsas mərhələdə isə ilk xalımızı qazandıq. Yaxşı tərəfdən də seçilə bilərdik, sadəcə, ilk matçdakı həyəcan, oyuna tam köklənə bilməməyimiz mane oldu. Təbii ki, bunlar bizə yaxşı mənada dərs oldu. İndi çalışmalıyıq ki, özümüzü inkişaf etdirək, gələcəkdə əsas millinin heyətinə cəlb olunaq".

Qeyd edək ki, U-19 Avropa çempionatının seçmə mərhələsində keçirdiyi oyunlarda Bosniya və Herseqovina (2:10) və Türkiyəyə (1:3) məğlub olub. Xorvatiya yığması ilə heç-heçə edib - 3:3. Komanda qrupu sonuncu pillədə başa vurub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:34

Harry Kane Çempionlar Liqasında 10-cu sıraya çıxdı

Futbol
Bu gün, 06:19

“Sabah” Çempionlar Liqasının ilk turunda 0:4 məğlubiyyəti və 34‑cü yer

Futbol
Bu gün, 05:47

UEFA Çempionlar Liqasının ilk turunun həftə oyunçusu üçün dörd namizəd – Rafinya, Ferran Torres, Mark Bartra, Ermedin Demiroviç

Futbol
Bu gün, 04:30

Aziz Yıldırım: “İsmail Kartal istefasına baxmayaraq işini davam etdirəcək”

Futbol
Bu gün, 02:14

Manchester United baş məşqçisi Michael Carrick: “Sabah” güclü komandadır

Futbol
Bu gün, 01:36

Benyamin Şeşko: Sabah qapıçısının irəli çıxması qol üçün əlverişli şərait yaratdı

Futbol
Dünən, 23:57

Chelsea, Barcelona gənc futbolçusu Mark Bernalın transferi üçün mübarizə aparır

Futbol
Dünən, 23:20

Rafael Vieqaş yenidən “İmişli”də imza imzaladı

Futbol
Dünən, 23:00

Elhad Nəziri Gəncəbasarın Xankəndi üzərindəki 2:1 qələbəsini şərh etdi

Futbol
Dünən, 21:26

“Sabah”ın keçmiş məşqçisi Murad Musayevə RPL‑in iyul‑avqust aylarının ən yaxşı məşqçisi mükafatı verildi

Futbol
Dünən, 21:01

Turan Tovuz Aleksa Yankoviçü 3 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 20:50

"Zirə" futbol klubu Mərakeşli müdafiəçi Mehdi Mişahşahı 3 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 17:06

Kəpəz kapitanı Dioqo Verdaskanın sağ bud əzələsində yırtıq – 6 həftə müalicə;

Futbol
Dünən, 16:00

“Mançester Yunayted” əfsanəsi Paul Scholes “Sabah” qarşısında komandası üzərində tənqidini bildirdi

Futbol
Dünən, 15:37

“Kəpəz” – “Qəbələ” matçına 3500 bilet satılıb

Basketbol
Dünən, 12:23

“Neftçi” basketbol komandası Aleksa Stepanoviçlə mövsüm sonuna qədər müqavilə imzalayıb

Futbol
Dünən, 01:20

Coy-Lens Mikels: Çempionlar Liqasının ilk oyununda öz futbolumuzu dünya ilə paylaşmaq istəyirik

Futbol
Dünən, 01:03

Qalatasaray məğlub oldu, PSJ 6-1 qələbə ilə qol şousu etdi

Futbol
Dünən, 00:33

Sabah FK‑nin baş məşqçisi Valdas Dambrauskas, Manchester United ilə Çempionlar Liqası matcında komandanın həqiqi gücünü ölçəcək

Futbol
Dünən, 00:23

“Sabahın Ulduzları” Bakı Kubokunda “Neftçi” və “Sumqayıt” komandalarının inamlı qələbələri

Futbol
09 sentyabr 2026, 23:44

Skaloninin Argentina millisinin baş məşqçiliyi vəzifəsindən ayrılma düşüncələri

Futbol
09 sentyabr 2026, 23:24

Tibo Kurtua Belçika millisinin çıxışını müvəqqəti dayandırdığını açıqladı

Olimpiada
09 sentyabr 2026, 17:55

MPK rəhbərliyi Cənubi Koreyada “Muju Qran-pri” turnirində qızıl medal qazanan parataekvondoçularla görüşdü

Qolf
09 sentyabr 2026, 15:56

“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib

Oxşar xəbərlər