top
Azərbaycan millisinin əzmkar mübarizəsi və səkkizinci not axtarışı Sport24.az
14 oktyabr 2025, 10:00
- ↺ +

Azərbaycan millisinin əzmkar mübarizəsi və "səkkizinci not" axtarışı

Ceyhun Əliyev, Krakov

 

Millimizin 1 həftəlik Avropa turnesi başa çatdı. Son 3 günü Polşanın Krakov şəhərində keçirən Ayxan Abbasovun drujinası ötən Ukrayna ilə matçda 1:2 heaabı ilə məğlub oldu. İlk dəqiqələrsən təşəbbüsə yiyələnən Sergey Rebrovun yetirmələri layiqli qələbə qazandı. İstər topa nəzarətdə, istər fərdi keyfiyyətdə, istər effektiv ötürmələrdə, istər qapı istoqamətində və çərçivəyə tuş gələn zərbə sayında, istər funksuonal hazırlıqda, istərsə də taktiki savadda nominal meydan sahibləri millimizdən aşkar üstün idi. Yəni, "bəxtimiz gətirmədi" demək kimi bir imtiyazımız yoxdu.

Bəs Azərbaycan millisi nə ilə yadda qaldı?

Futbolun Azərbaycana qədəm açdığı gündən bəri daim Ukrayna futboluna aşağıdan yuxarı baxan komandamız bütün zəiflərin favoritə qarşı etdiyini nəhayət ki, ortaya qodu. Söhbət əzmkar mübarizədən gedir. Futbolçularımız meydanın hər qarışı uğrunda döyüşdü. Bəli, Fransa matçının yorğunluğu fiziki cəhətdən uşaqlarara istədiklərini nümayiş etdirməyə imkan vermirdi. Lakin yorğunluğa rəğmən, futbolçularımız mümkün olan hər şeyi edirdi. Məsələn, Fransaya qarşı təravətli oyunu nümayiş etdirə bilmirdi, gücü çatmırdı. Elə həmin fransızlara qarşı oyunu ilə ən xoş sözlərə layiq gördüyümüz Bəhlul Mustafazadə də o deyildi. Bu görüşü Toral Baytamovun da aktivinə yaza bilməyəcəyik. Bacarığına bələdik, müydanda canını da qoydu, ancaq ayaqları sözünə baxmırdı. Ancaq Emin Mahmudov bu gün daha dinamik və ağıllı oynayırdı. Ən xoş sözlərə Elvin Cəfərquliyev də layiqdi. Maşallah olsun, deyəsən, həm də müdrikləşir, boş-boş sarı və qırmızı vərəqəlik hərəkət etmir.

Komandamız ikinci qolu buraxdıqdan sonra özündə təpər tapıb oyunun müəyyən hissəsində Ukraynanın qapısını mühasirəyə ala bildisə, bu, artıq yeni, "8-ci not" idi… Bəli, icra edənlərin bəzən gec qərar verməsi, müəyyən hallarda isə texniki cəhətdən axsaması həmin vaxt kəsiyində real qol fürsəti yaratmağa imkan vermədi, ancaq bu, artıq pozitivə doğru xoş siqnaldı.

Sonda yenidən musiqiyə müraciət edəcəm. Heç bir orkestr dirijorsuz tamaşaçının ruhunu oxşaya bilməz. Bax, millimizin yeni "dirijor"u da bu yola start verib. Ayxan Abbasov orkestr ilə ilk tanışlıqdan musiqinin keyfiyyətini yaxşılaşdırdı. Ancaq hələ ifaçıların eyni lad üzərində keyfiyyətli musiqi ifa edən orkestrə çevrilməsi istiqamətində xeyli yol qət edilməlidi. Elə matçsonrası mətbuat konfransında baş məşqçiyə "biz Millətlər Liqasının D divizionuna düşən milli görmüş adamlarıq və indiki halda komandamızda əzmkarlıq və effektiv müdafiə olunma kimi irəliləyişi müşahidə edirik. Ancaq "iştah diş altındadı" və daha kreativ hücumlar qurmağı nə zaman öyrənəcəyimizə dair sual ünvanlamaq istəyirəm" sualını verdim. Mütəxəssisin cavabını musiqi dilinə çevirsək təxmini belə alındı: "Biz qaranlığın simfoniyasını aydınlığa çıxarmağa çalışırıq və bu yöndə kifayət qədər iş görmüşük". Qatılıram, Ayxan bəy, amma bir şərtlə: hər növbəti matçda millimiz öncəki oyundan çox yox, 1 faiz daha yaxşı görünsün.


Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Oxşar xəbərlər