top
Azərbaycan millisinin baş məşqçisi: “Komanda Monteneqro ilə oyuna maksimum dərəcədə hazırdır” Report.az
19 fevral 2025, 15:09
- ↺ +

Azərbaycan millisinin baş məşqçisi: “Komanda Monteneqro ilə oyuna maksimum dərəcədə hazırdır”

Komandamız UEFA Millətlər Liqasında Monteneqro ilə keçirəcəyi oyuna maksimum dərəcədə hazırdır.

Bunu "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasında Monteneqroya qarşı keçiriləcək matçla bağlı danışarkən deyib.

Mütəxəssis heyətə yeni futbolçular dəvət etdiyini bildirib:

"Fevralın 15-dən təlim-məşq toplanışına başlamışıq. Heyətə 24 nəfər cəlb olunub. Yalnız əsas oyunçulardan Aytac Şərifova zədə, Peritan Bozdağ isə qırmızı vərəqə aldığına görə oynamayacağı üçün toplanışa qoşulmayıb. Jalə Məhsimova klubunda zədələnib, lakin həkimlər bu yöndə çalışırlar. Düşünürəm ki, Jaləni oyuna hazırlaya biləcəklər. Komanda oyuna maksimum dərəcədə hazırdır. Ciddi sıxıntımız yoxdur. Daha əvvəl gənc futbolçuları toplanışa dəvət edirdik. İlk dəfədir ki, bu say 3-ə çatıb. U-17-nin qapıçısını ilk dəfə əsas heyətə çağırmışıq. U-17-nin digər iki üzvü isə fasilələrlə əsas yığmaya dəvət alıb".

O, Monteneqro haqqında məlumatlı olduqlarını söyləyib:

"Monteneqro yığması neçə tsikldir ki, istər Avropa çempionatında, istərsə də Millətlər Liqasında bizim qrupa düşür. Əvvəlki oyunlarda məğlub olmuşduq. Sonuncu Millətlər Liqasında istər evdə, istərsə də səfərdə qələbə qazanmışıq. Bu oyunları düşünməməliyik, çünki bizə problemlər yarada bilər. Monteneqro çox keyfiyyətli komandadır. Rəqib oyunçuların çıxış etdiyi liqalar bunun sübutudur. Qadın futbolunda top-liqalarda çıxış edirlər. Ona görə də bu matça maksimum diqqətli, hazır şəkildə və qələbələri unudaraq çıxmalıyıq".

Baş məşqçi qrupdakı şansları dəyərləndirib:

"Təəssüf ki, 3 komandadan ibarət qrupa düşmüşük. İstərdim ki, qrupumuzda 4 rəqib olsun. Oyun sayı az olacaq. Monteneqronu yaxşı tanıyırıq. Digər rəqibimiz Litva ilə indiyə qədər beynəlxalq səviyyədə oynamamışıq. Düşünürəm ki, hazırda hər üç komandanın gücü bərabərdir. Kim diqqətli olacaqsa, az səhv edib əlinə düşən şanslardan yararlanacaqsa, həmin komanda da qrupda üst pilləni tutacaq".

Qeyd edək ki, milli fevralın 21-də "Liv Bona Dea Arena"da Monteneqronu qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər