top
Azərbaycan millisinin baş məşqçisi: “Hədəf yaxşı çıxış etmək və nəticə qazanmaqdır” Report.az
04 fevral 2025, 11:50
- ↺ +

Azərbaycan millisinin baş məşqçisi: “Hədəf yaxşı çıxış etmək və nəticə qazanmaqdır”

Hədəf yaxşı çıxış etmək və nəticə qazanmaqdır.

Bunu "Report"a açıqlamasında Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi İlham Yadullayev deyib.

AFFA-nın İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında müqavilə müddəti may ayına qədər uzadılan mütəxəssis qarşıdakı hədəflərlə bağlı sualı cavablandırıb:

"Müqavilə müddəti mayın 1-nə qədər uzadıldı. Martda beynəlxalq turnirdə iştirak edəcəyik. Avropa çempionatının ikinci mərhələsində Albaniya və Uels milliləri ilə qarşılşacağıq. Buna qədər isə Belarusda İnkişaf turnirində mübarizə aparacağıq. Hədəflər həmişəki kimi yaxşı çıxış etmək və nəticə qazanmaqdır. İnanıram ki, öhdəsindən gələrik. Belarusda hazırlıqlar fevralın 11-də, oyunlar isə 16-da başlayacaq. Rəhbərliklə qarşıda duran məqsədlərlə bağlı hələ söhbətimiz olmayıb".

Baş məşqçi martda keçiriləcək Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinə hazırlıqlar üçün heyətə yeni futbolçular dəvət olunacağını söyləyib:

"Noyabrdan bəri toplanış olmamışdı. Sadəcə, Azərbaycan çempionatını izləyirik. Xaricdə oynayan futbolçularla bağlı da bacardığımız qədər çox informasiya almağa çalışırıq. Çox güman, Belarusda təşkil olunacaq turnirə bir neçə yeni futbolçu dəvət edəcəyik. Orada komandanın durumuna baxacağıq və üzərində işləməli olduğumuz məqamları müəyyənləşdirib martda keçiriləcək Avropa çempionatına optimal heyətlə getməyə çalışacağıq".

İ.Yadullayev Belarusda keçiriləcək İnkişaf turnirində yığmanın rəqiblərinin müəyyənləşdiyini bildirib:

"Belarusdakı turnirdə rəqiblərimiz bəllidir. Komandalar iki qrupda mübarizə aparacaq. Bizim qrupda Belarus millisi, həmçinin bu yığmaya namizəd olan futbolçulardan ibarət komanda və Özbəkistan yer alıb. Digər qrupda isə Rusiya, Qazaxıstan, İran və səhv etmirəmsə, Tacikistan milliləri mübarizə aparacaq. Yeni oyunçuları bu turnirdə yoxlayacağıq. Xaricdən, "Marcet" akademiyasında çıxış edən futbolçularımızı çağıracağıq. Bir də "Krasnodar"dan (Rusiya) bir futbolçunu yoxlamaq niyyətindəyik".

Qeyd edək ki, B Liqasının VI qrupunda yer alan U-17 Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsində Albaniya və Uels yığmaları ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları martda Albaniyada keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər