Haiti çox yaxşı, keyfiyyətli komandadır, zəif rəqib deyil.
"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qarşılaşacaqları komandalar barədə müzakirələr aparıldığını və sonra qərar verildiyini söyləyib.
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.