top
Azərbaycan millisinin baş məşqçisi Banqladeş oyununda oyun planında dəyişiklik etdiklərini və bunun xeyrini gördüklərini bildirdi Sport24.az
03 dekabr 2025, 10:20
- ↺ +

Azərbaycan millisinin baş məşqçisi Banqladeş oyununda oyun planında dəyişiklik etdiklərini və bunun xeyrini gördüklərini bildirdi

Dəkkədə təşkil olunan "FIFA Tri Nations Women"s Football Series 2025" turnirindəki Banqladeş - Azərbaycan oyununa gələn azarkeşlər peşman olmayıblar. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına açıqlama verib.

 

O, yerli komandaya 2:1 hesabı ilə qalib gəldikləri matçla və turnirlə bağlı fikirlərini bölüşüb:

 

"Belə bir turnirin təşkilatçılığına görə, Banqladeş tərəfinə təşəkkürümü bildirirəm. Buranın insanları da bizi gözəl qarşıladılar. O ki qaldı oyuna, rəqibimiz kifayət qədər güclü idi. Fikrimcə, onlar ilk matçda Malayziyanı məğlub etməli idilər. Həmin görüşdə bir səhv həlledici olmuşdu. Banqladeş yığması bizimlə matça da yaxşı hazırlaşmışdı, qələbə qazanmaq istəyirdi. İlk 15 dəqiqədə meydançanın hər yerində təzyiq etdilər, bizə çətin anlar yaşatdılar. Özünəməxsus əks-hücum futbolu ilə seçilən kollektivdir. Oyunda da bunu göstərdilər. Hesabı açsaq da, çox keçmədən qapımızda qol gördük. Çünki rəqib fərqlənmək üçün hər şey edirdi. İkinci hissədə isə daha yaxşı çıxış etdilər. Ancaq müdafiəçilərimiz uğurlu performans ortaya qoyaraq, rəqibin hücumlarının qarşısını aldılar. Oyun planında dəyişikliyə getdik, əvəzetməyə əl atdıq. Bunun da xeyrini gördük. Düşünürəm ki, hər iki komanda maraqlı oyun göstərdi və stadiona gələn azarkeşlər peşman olmadılar. Qadın futbolu üçün bayram idi. Bu bayramdan həm Banqladeş Futbol Federasiyası, həm də AFFA nələrsə qazandı".

 

Qeyd edək ki, Malayziya (2:0) və Banqladeş (2:1) yığmaları üzərində qələbə qazanan millimiz "FIFA Tri Nations Women"s Football Series 2025" turnirinin qalibi olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:11

Mbappe-nin açıqlamaları Real Madrid-i çətin vəziyyətə saldı

Futbol
Bu gün, 15:03

Bernard Lippert: “FIFA U‑15 Dünya Çempionatı Bakıdakı ilk belə tədbirdir”

Futbol
Bu gün, 15:00

Bavariya Rəsmi: Harry Keyn ilə müqavilə uzatmağa yaxın

Futbol
Bu gün, 14:55

Fənərbağça Dirk Kuytı müvəqqəti baş məşqçi təyin etdi

Qarabağ FK
Bu gün, 14:48

Aslan Kərimov: "FIFA U-15 turnirində çempionluq gözləməməli, əsas məqsəd gənclərin dar zonada inkişafıdır"

Futbol
Bu gün, 14:45

Çelsi Mateo Kovaçiçi üçün Mançester Sitidən geri qaytarmaq planlarını nəzərdən keçirir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Lisandro Martineslə yollarını ayırmağa hazırlanır

Basketbol
Bu gün, 14:33

"Sabah" Çempionlar Liqasını qazanandan sonra "Neftçi", "LANDAU Lions" və "Gəncə" FIBA Avropa Kubokunda ev oyunlarına hazırlaşır

Futbol
Bu gün, 14:19

Polşa mətbuatı "Sabah"ın polşalı müdafiəçisi T. Puxaçın karera yüksəlişindən "Azərbaycan - vədlər diyarı" kimi yazdı

Digər
Bu gün, 14:07

Fyodor Yemelyanenko UFC ilə müqavilə bağlamadığı sirri və Dana Uayt haqqında açıqlama verdi

Futbol
Bu gün, 14:00

Şəki klubuna yeni baş məşqçi təyin edildi: Şəhriyar Məmmədova

Boks
Bu gün, 13:48

Azərbaycan boksçuları 2026 Avropa çempionatlarında 25 medal qazanıb;

Futbol
Bu gün, 13:40

Çin Xarici İşlər Nazirliyi Kilian Mbappenin Bəyanatına Reaksiya Verdi

Qarabağ FK
Bu gün, 13:33

“Neftçi”nin baş icraçı direktoru: “Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik”

Qarabağ FK
Bu gün, 13:25

Maksim Medvedev: Uşaqlara telefon deyil, dəstək verilməlidir

Futbol
Bu gün, 13:20

Mançester Yunayted rəhbərliyi Maykl Kerrikə son şans verib, əvəzləyici hələ seçilmir

Futbol
Bu gün, 13:10

Fleetwood Town, İngiltərə Liqa Kubokunda Arsenalı penaltirilədə məğlub edərək çeyyara yüksəldi

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” “Qarabağ”ın fransalı legioneri Jeremi Qnaliyə maraqlıdır

Güləş
Bu gün, 12:56

Azərbaycan yunan-Roma güləşi millisi dünya çempionatında 2 qızıl və 1 gümüş medal qazanaraq komanda reytinqində ikinci yeri tutdu

Futbol
Bu gün, 12:41

Rui Jorje Bakıda U-15 Dünya Futbol Çempionatı və Festivalını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:40

U-15 Milli Komanda Cənubi Amerikaya 3:1-ə məğlub Oldu

Futbol
Bu gün, 12:36

Messi, 20 illik namizədlik fasiləsi ilə Qızıl Top Rekordunu qırdı

Qarabağ FK
Bu gün, 12:21

Azərbaycanlı hücumçu Lorenzo Mezzotero Sampdoriya əsas komandasına çağırıldı - FOTO

Futbol
Bu gün, 12:20

Çelestini Bernli klubunun yeni baş məşqçisi olacaq

Oxşar xəbərlər