top
Azərbaycan millisinin baş məşçisi: “Uşaqlar Niderlandda gözlədiyimizdən daha yaxşı döyüşdülər” Report.az
11 mart 2025, 17:09
- +

Azərbaycan millisinin baş məşçisi: “Uşaqlar Niderlandda gözlədiyimizdən daha yaxşı döyüşdülər”

Uşaqlar Niderlandda keçirilən yarışda gözlədiyimizdən daha yaxşı döyüşdülər.

Bunu "Report"a açıqlamasında Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo millisinin baş məşqçisi Səbuhi Zülfüqarov Niderlandda keçirilən 52-ci açıq çempionatda qazanılan nəticələrlə bağlı fikirlərini bildirərkən deyib.

Mütəxəssis əvvəlki yarışlarla müqayisə aparıb:

"Qatıldığımız ikinci yarışdır. Açığı, yeniyetmələrdən belə nəticə gözləmirdim. Çünki BƏƏ-dəki yarışda 1-i qızıl olmaqla 6 medal qazanmışdıq. Ona görə də Niderlandda daha çox qızıl medal gözləyirdik. Uşaqlar gözlədiyimizdən daha yaxşı döyüşdülər. İlk yarışla müqayisə etsək, çox yaxşı nəticədir".

O, heyətdə nəsil dəyişikliyi olduğunu vurğulayıb:

"Komanda təcrübəsizdir, çünki cəmi ikinci dəfədir beynəlxalq yarışa qatılır. Həm də bu il yeniyetmələrdə nəsil dəyişikliyi olub, keçənilki heyətdən heç kim qalmayıb. Hamısı bu ildən etibarən gənclərdən ibarət komandada çıxış edirlər. Yeni nəsil olduğuna görə bu nəticəni çox bəyəndim. Düzdür, uşaqlarda təcrübəsizlik, texniki-taktiki səhvlər var. Səhvləri düzəltməyə və daha yaxşı nəticələr göstərməyə çalışacağıq".

S.Zülfüqarov martın 15-də Belçikanın Lommel şəhərində keçiriləcək açıq çempionatla bağlı gözləntilərini bölüşüb:

"Belçikadakı yarışla bağlı bir söz demək çətindir. Çünki o da çox yaxşı turnirdir. Ümid edirəm ki, yüksək nəticələr göstərərik. Medal sayında fərq ola bilər, amma inanıram ki, uşaqlar Niderlanddakından daha yaxşı döyüşəcəklər".

Qeyd edək ki, Azərbaycanın yeniyetmə taekvondoçuları Niderlandda keçirilən 52-ci açıq çempionatda 5 qızıl, 5 gümüş və 6 bürünc medal qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:28

Luis Holl “Nyukasl” ilə uzunmüddətli müqavilə imzaladı

Futbol
Bu gün, 05:39

Neymar 2 milyon avroluq FIFA qadağasını aradan qaldırmaq üçün Santos klubuna kömək etdi

Futbol
Bu gün, 04:31

Joao Pedro avqust ayı üçün İngiltərə Premyer Liqasında ən yaxşı futbolçu seçildi

Güləş
Dünən, 21:27

Azərbaycan yunan‑Roma güləşi millisinin növbəti təlim‑məşq toplanışı başlayır

Digər
Dünən, 21:19

Elit Polo Club yarımfinala yüksəldi – Sea Breeze 2026 beynəlxalq çimərlik polosu turniri

Futbol
Dünən, 21:10

Sumqayıt 1+2 illik müqavilə ilə Burkina Faso millisinin üzvü Mamadi Banqreyi transfer etdi

Futbol
Dünən, 21:05

Fərid Namazov: “Neftçi” matçda dominant oynadı, ancaq qalib gəlmədi

Futbol
Dünən, 20:21

Vernidub: “Müdafiə çox yersiz iki qol buraxdı, buna görə narahatıq”

Futbol
Dünən, 19:48

Barcelonanın Alvares transferi üçün iki oyunçu ilə yolları ayırması mümkündür

Futbol
Dünən, 19:17

İmişli, “Neftçi”ni 3:2 hesabına məğlub etdi

Futbol
Dünən, 18:00

Maaş tələbləri səbəbindən Neftçi Azarkanın transferini rədd etdi

Futbol
Dünən, 17:18

Azərbaycanda Litva-macının biletləri onlayn satışa çıxarıldı

Qarabağ FK
Dünən, 17:00

Kiyev “Dinamo” Edvard İordaneskuya 3 illik müqavilə təklif edib

Futbol
Dünən, 15:53

Tibo Kurtua Real Madrid ilə müqaviləsini uzatmaq üçün razılaşdı

Futbol
Dünən, 15:26

“Sabah” Çempionlar Liqası debüt matçında 11 fərqli assosiasiyanı təmsil edən ilk klub oldu

Minifutbol
Dünən, 15:01

“Buxar Sumqayıt” minifutbol komandası Avropa Kubokunun G qrupunda üç rəqib ilə qarşılaşacaq

Boks
Dünən, 12:52

Azərbaycanda 23 yaşadək boksçular Qazaxıstanın Aktau şəhərində beynəlxalq turnirə çıxacaq

Minifutbol
Dünən, 12:35

Çexiya yığması Gürcüstanla yoldaşlıq matçını 2-2 hesabı ilə başa çatdırdı

Futbol
Dünən, 06:34

Harry Kane Çempionlar Liqasında 10-cu sıraya çıxdı

Futbol
Dünən, 06:19

“Sabah” Çempionlar Liqasının ilk turunda 0:4 məğlubiyyəti və 34‑cü yer

Futbol
Dünən, 05:47

UEFA Çempionlar Liqasının ilk turunun həftə oyunçusu üçün dörd namizəd – Rafinya, Ferran Torres, Mark Bartra, Ermedin Demiroviç

Futbol
Dünən, 04:30

Aziz Yıldırım: “İsmail Kartal istefasına baxmayaraq işini davam etdirəcək”

Futbol
Dünən, 02:14

Manchester United baş məşqçisi Michael Carrick: “Sabah” güclü komandadır

Futbol
Dünən, 01:36

Benyamin Şeşko: Sabah qapıçısının irəli çıxması qol üçün əlverişli şərait yaratdı

Oxşar xəbərlər